Cənnətdəki qadınlar öz kişilərini hurilərə qısqanacaqlarmı?

    18.04.2018
Kimdən: 
sumeyya
Sual: 
Salam aleykum.Quramda Deyilirki cennetde kiwiler huriler ile evlendirilir bes eger kiwi oz arvadi ile bu dunyada nece birlikdr yawayibsa cennetdede birlikde yawaya bilmezki yeni huri ile evlendirilmese olmazki duxdur o biri dunyada qisqanmaq olmayacq olmazki huri ile evlendirilmese ancaq oz arvadi ile yawasa? xais edirem cavablandirardizda
Cavab: 
Va aleykum Salam. Kişi Cənnətdə öz zövcələrindən başqa ən azı iki huri ilə evləndiriləcək. Dünyadakı qadınlar da yeni bir yaradılışla yaradılacaq. Uca Allah buyurur: "Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq. Onları bakirə qızlar edəcəyik – ərlərini sevən, həmyaşıdlar". (əl-Vaqiə, 35-37). 
Cənnətdə nə günah, nə haqsızlıq, nə də ki qısqanclıq olacaq. Cənnətdə insanlar dünyadakı həyatdan tamam fərqli bir həyat sürəcəklər. Ona görə də indiki həyatın amilləri ilə Cənnətdəki həyatı müqayisə etmək mümkün deyildir. Daha ətraflı: 
Teqlər: 
Paylaş: