Kişi namaza imamlıq edərkən səhv oxuduqda arxasındakı qadın onun səhvini düzəldə bilərmi?

    22.04.2018
Kimdən: 
Arzu
Sual: 
Salam aleykum. Qadın kişilərin arxasında namaz qılır və imam Quranı qiraət edərkən xəta edir və heç kəs onun xətasını düzəltmir, belə olduğu halda qadın düzgün oxunuşu bilirsə onun xətasını düzəldə bilərmi?
Cavab: 

Va aleykum Salam. Əgər belə bir hal əl-Fatihə surəsinin oxunuşunda baş verərsə, o zaman qadına vacibdir ki, (kişi) imamın xətasını düzəltsin. Çünki, imam əl-Fatihə surəsinin oxunuşunda xəta edərsə, onun namazı doğru deyil. Bununla belə, əgər imam əl-Fatihə surəsi deyil, başqa surələrdə xəta edərsə, (camaat namazında) olan kişilər onun tanıdığı kəslərdirsə və onların yanında (imamın xətasını düzəltmək üçün) səsini çıxardıqda heç bir təəccüb doğurmayacaqsa, o zaman onun imamın xətasını düzəltməkdə heç bir qəbahət yoxdur. Bu ona görədir ki, qadının səsi övrət (qorunması və örtülməsi əmr olunan) sayılmır və buna Uca Allahın aşağıdakı ayəsi dəlalət edir: "Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər (Allahdan) qorxursunuzsa, (yad kişilərlə) nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. (Şəriətə) müvafiq qaydada danışın". (əl-Əhzab, 32). 
Qadına danışdıqda yalnız səsini yumşaltmağın qadağan olunması dəlalət edir ki, qadının səsini çıxarmasına icazə verilir. (Bax: İ'ləm əl-Muəsirin bi Fətəvə ibn Useymin", səh. 58).

Teqlər: 
Paylaş: