Heyvanı kəsərkən ona rəhm etmək haqqında hədisi necə başa düşək?

    26.05.2018
Kimdən: 
Murad
Sual: 
Salam sualım budurki eger Allah qoyunu kesemeye bize vacib buyurubsa qurbanlıq olaraq meselen bes neye gore basqa but hedisde buyurubki peygember siz qoyunu keserken ona rehm etsez Allah da size qiyamet günü rehm edecek yeni demek istiremki olmazki heç qoyun kesmiyek rehm edek Allahın buyurduğu kimi? Birde sualım odurki quzunu kesmek olar? Üç günlük korpe quzunu? Günah deyilki?
Cavab: 

Va aleykum Salam.

1. Uca Allah yer üzündə heyvanlar da daxil olmaqla hər şeyi insanlara xidmət etmək üçün yaratmışdır: "Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün istilik (bədəninizi isti saxlayan yun geyim) və başqa faydalar vardır. Həmçinin onlardan yeyirsiniz. Mal-qaranı axşam tövləyə qaytardıqda, səhər çölə buraxdıqda onlara baxıb fərəhlənirsiniz.  Onlar yüklərinizi, özünüzün çətinliklə apara biləcəyiniz bir ölkəyə daşıyırlar. Həqiqətən də, Rəbbiniz Şəfqətlidir, Rəhmlidir. Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə Allah yaratdı. O, sizin hələ bilmədiyiniz bir çox şeyləri də yaradır". (ən-Nəhl, 5-8).
Səha­bələrdən biri Allah Rəsuluna (salləllahu aleyhi və səlləm): "Ey Allahın Rəsulu! Mən qoyun kəsəcəyəm, onunla mərhəmətli rəftar etsəm, necə olar? - deyə soruşur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) də: "Ona mərhəmət etsən, Allah da sənə mərhəmət edər" deyə tövsiyə verir. (İmam Əhməd "Musnəd", 3/436).
İslam alimləri qeyd etmişlər ki, hədisdə keçən "onunla mərhmətli davranmaq" məsələsi heyvana rəhm edib onu kəsməməyi yox, onu kəsəndə gözəl şəkildə kəsməyi ifadə edir, çünki bu barədə olan digər hədislər buna dəlalət edir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "...heyvanı kəsdikdə yaxşı kəsin. Bıçağınızı yaxşı itiləyib kəsdiyiniz heyvanı rahat edin". (Muslim, 1955). 
"Allahın dərgahında ehsan hər şeydən üstündür. Buna görə də öldürəndə gözəl şəkildə öldürün. Kəsəndə gözəl kəsin, bıçağı yaxşı itiləyin ki, heyvanı incitməsin". (Əbu Davud "Sunən", 7/485).
Həmçinin oxuyun: Heyvanları öldürüb ətlərini yemək mərhəmətsizlik deyilmi?
2.
Əgər ehtiyac varsa üç günlük körpə quzunu kəsməyi qadağan edən hər hansı bir səhih dəlil yoxdur.

Teqlər: 
Paylaş: