Ərimin sirrini açdığım üçün mənə halallıq vermir və nifrət edir...

    14.05.2018
Sual: 
Salam aleykum Erimin soz emanetini tutmadigim ucun o mene halalliq vermir.ve Allah ucun mene nifret edir.buna gore ne etmeliyem?
Cavab: 

Va aleykum Salam. Ailədə qadının vəzifələrindən biri də ərinin sirrini qorumaqdır, əks halda ərinin etimadını itirər. Əgər əriniz sizə əmanət olaraq sirr veribsə və siz də bunu başqaları ilə paylaşmısınızsa, əmanətə xəyanət etmisiniz və günah qazanmısınız. Uca Allah buyurur: "Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar...". (ən-Nisa, 34). Həmçinin Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qadın ərinin evində gözətçidir və orada olanların məsuliyyətini o daşıyır". (əl-Buxari, 893; Muslim, 1829).
Tövbə edin və ərinizlə gözəl davranaraq onun könlünü almağa çalışın. Əriniz də bilməlidir ki, sizi bağışlaması ailəniz üçün daha xeyirlidir. Halallıq ala bilmədikdə isə onun üçün Allahdan bağışlanma diləyin. Daha ətraflı:
Halallıq nə zaman alınır?
İSLAM FİQHİ: Ailədə kişi və qadının haqları

Teqlər: 
Paylaş: