Pis söz işlətdikdə və ya eşitdikdə dəstəmaz pozulurmu?

    23.04.2018
Kimdən: 
Elekber
Sual: 
Salam Aleykum. 1) Namaz qilan cirig qiyafe(salvar, corab) geyine biler? 2) Namazdaki 3 salamnan elave 8 salam(musteheb) daha var. Onlari ne zaman demek olar? 3) Destemazli olarken pis soz isletdikde ve ya esitdikde destemaz batil olar? 4) Namazin musterek teqibatlarini ne zaman demek olar? Salamlardan sonra yoxsa evvel? 5) Namazda istenilen dua(ruzi) yaxud sureni(nas, feleq) ne zaman demek olar? Duadan evvel?
Cavab: 
Va aleykum Salam. 
1. Namaz qıldıqda və ya digər hallarda cırığ paltar geyinmək olar. 
2. Namazın sonunda sağa və sola verilən iki salam vardır. Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) namazı bitirdikdə sağına və soluna "əs-Sələmu aleykum va rahmətullah"- deyərək salam verirdi”. (ət-Tirmizi, 295, 296; əd-Darimi, Salət, 87; İbn Macə, İqamə, 28).
Amma üç və ya səkkiz salamın olması heç bir səhih hədisdə öz əksini tapmamışdır. 
3. Pis söz söyləmək və ya eşitmək dəstəmazı pozmur. Həmçinin oxuyun: 
Dəstəmazı pozan amillər 
4. Əgər təqibat dedikdə, namazdan sonra deyilən zikrləri nəzərdə tutursunuzsa, bunlar salamlardan sonra deyilir. Daha ətraflı: 
5. Namazda əl-Fatihə surəsindən sonra istənilən surəni oxumaq olar. Dualar isə səcdədə və təşəhüddən sonra deyilir. Qiyamda və rukuda dua etmək qadağandır. Həmçinin oxuyun: 
Teqlər: 
Paylaş: