Həyat yoldaşım heyz olarkən ona talaq dedim, nə etməliyəm?

    16.05.2018
Kimdən: 
mmmmm
Sual: 
salam aleykum, men zovcemi heyzli iken 3 defe ardicil talaq talaq talaq dedim, sonra 5 deqiqe kecdikden sonra yene 3 defe ardicil olaraq talaq talaq talaq dedim. bunun hokmu nedir ve men ne edim? barismaq isteyirem.
Cavab: 
Va aleykum Salam. Əvvəla boşanma məsələsinə məsuliyyətsiz, səhlənkar yanaşmaq olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Üç şey vardır ki, onların ciddi şəkildə deyilməsi də ciddi, zarafatla deyilməsi də ciddi qəbul edilir: Nikah, talaq və talaqı geri qaytarmaq (rici talaq)". (İbn Məcəh, 2039; Əbu Davud, 2180; ət-Tirmizi, 1195).  Lakin hər bir halda qadına heyz halında verilən talaq boşanma sayılmadağı üçün o yenə də sizin xanımınız olaraq qalır. Digər vaxtda bu söz deyilsə idi, boşanmış sayılacaqdınız. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: