Təşəhhüddə "Muhəmməd" sözünü səhv deməyim namazı batil edirmi?

    25.04.2018
Sual: 
Salam Aleykum.Men namazda Muhəmməd deyende defelerle duzeldirem dilim Muhamməd deyliwine oyrewib deye.Sorusmaq isdeyiremki ele dilimin oyrewdiyi kimi desem namaz batil olmazki? Birdeki eger defelerle o sozu deyib duzeldiremse sehv secdesi etmeliyem?
Cavab: 

Va aleykum Salam. Qeyd etdiyiniz səhvə görə namaz batil olmur və səhv səcdəsinə də ehtiyac yaranmır. Bacardığınız qədər düzgün tələffüz etməyə çalışın. Uca Allah buyurur: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. "Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə!" (əl-Bəqərə, 286). Həmçinin oxuyun:
Namazı batil edən hallar
Namazın sözlərini səhv deyəndə namaz batil olurmu?
Namazda hər xırda səhvə görə səhv səcdəsi etmək düzgündürmü?
Namazın sözlərini səhv dediyinə şübhə edərək təkrar demək namazı batil edirmi?

Paylaş: