Məzlum sözünün mənası nədir?

    26.05.2018
Sual: 
Salam məzlum sözünün menası nedir?Evvelceden tesekkürler.
Cavab: 

Va aleykum Salam. Məzlum əslən ərəb mənşəli söz olub "zaləmə - zülm etmək" felindən törənib. Mənası isə zülm çəkmiş, zülm olunmuş, zülmə məruz qalmış, zülm altında olan deməkdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Üç duanın qəbul olunmasına şübhə yoxdur; atanın, müsafirin və məzlumun duası". (Əbu Davud, 1536). Həmçinin oxuyun: Qul haqqı barədə

Paylaş: