Səhabələr kimin yolunda olublar?

    26.05.2018
Kimdən: 
Taryel
Sual: 
salam aleykum.Mene deye bilersiniz sehabeler kimin yoluyle gedibler?Daha deqiq desek bu hedisin sehihliyi ve ya menasi sehabelerin duz yolda olmadigina getirib cixarmir ki?Yeni ki.eger selefiler sehabelerin yolu ile gedirlerse,onlar da peygember s.a.s in yolunda olublarsa ne problem var ki? Özlərini sələfi adlandıranlar, sələfi-salehin yolunu getdiklərini deyirlər. Peyğəmbərimiz (s.a.s ) demişdir: "Mənim ümmətim yetmiş üç firqəyə bölünəcək. Onlardan yetmiş ikisi cəhənnəmdə, biri isə cənnətdədir". Səhabələr: "Onlar kimdir?" deyə soruşduqda, o: "Onlar mənim və mənim əshabələrimin yoluna tabe olanlardır". (İmam Əhməd, 4/102; Əbu Davud, 2/503; ət-Tirmizi, 3/367; İbn Məcəh, 2/479).
Cavab: 
Va aleykum Salam. Qeyd etdiyiniz hədis səhihdir, səhabələr Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) yolu ilə gediblər. Uca Allah buyurur: "Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur". (ət-Tovbə, 100). Səhabələrə dil uzadanlar isə azğın, ya da dindən xəbərsiz insanlardır. Peyğəmbərin və səhabələrin yolu ilə getdiyini iddia edən dini Quran və səhih hədislərdən öyrənərək əməl etməli, ayə və hədisləri onlar başa düşdüyü kimi başa düşməli və dində yeniliklər (bidətlər) etməməlidir. Həmçinin oxuyun: ​​​​​​​
Paylaş: