Şəriətə görə qadın şalvar geyinə bilərmi?

    31.07.2018
Kimdən: 
Allah bendesi
Sual: 
Salamaleykum va rahmetullahi va beraketuhu.1.qadinin walvar geymesi haramdi hicabli qadin cole cxanda walvar geynmiyib evde geyne biler namehrem olmyan yerde ailesinin yaninda?2.iwa namaznin subhe qeder vaxti var yoxsa gece 12den sonraya qalsa qezaya gedr?3.namazda rukdan sonra secdeye gederken birinci eller yere qoylur ya dizler?
Cavab: 

Və aleykumus-Sələm və rahmətullahi va bərakətuhu.
1. Qadının üzərində heç bir örtüyü olmadan çöldə, evindən kənar yerlərdə və ya naməhrəmlərin yanında şalvar geyinməsi haramdır, çünki burada zinətin açılması və əzaların ayrı-ayrılıqda açıq-aydın bilinməsi var. Ancaq qadın özü tək və ya ərinin yanında olduğu zaman qadınlara aid olan şalvar geyinə bilər. Ərindən başqa məhrəmlərin yanında isə şalvar geyinməməsi daha yaxşıdır. Bu da onların fitnəyə düşməməsi üçündür.
2. İşa namazının vaxtı bəzi alimlərə görə gecə yarısına qədər, bəzilərinə görə isə sübh namazına qədərdir. Ona görə də gecə yarısına qədər qılmaq daha yaxşıdır. Gecə yarısı isə məğrib namazından sübh namazına qədər olan vaxtın ortasıdır. Həmçinin oxuyun: İşa namazını gecikdirmək, yoxsa vaxtı girən kimi qılmaq daha savabdır?
3.
Bu cavabları oxuyun:
Səcdəyə gedərkən əvvəlcə əllər, yoxsa dizlər yerə qoyulur?
İslam fiqhi: Peyğəmbər (salləllahu aleyhi və səlləm) namazı necə qılardı?

Paylaş: