Qadın uşağa qoyulan adla razılaşmayaraq atası evinə gedibsə, nə etməlidir?

    25.07.2018
Sual: 
Salamu Aleykum. Bir ailede oglan dogulub. Ve kisi atasinin adini qoyub. Ve ad islami ad deyil ve hemcinin islama zid deyil. Kisi usaq olmamisdan evvel islami ad fikirlesmisdi. Sadece usaq olandan sonra anasi dedi ki atasinin adin qoysun oda valideyine qarsi cixmadi ve atasinin adini qoydu. Sadece olaraq heyat yoldasi buna etiraz bildirdi. Evde soz sohpet yaratdi.usaqi goturub anasi gile getdi. Sonra qayitdi amma sohpet davam edirdi. Hetda bosanmaya qeder az qala gelsin. Ve qadin deyir ki Men istemirem. Ya adi deyis yada bosa meni. Artiq bu soz sohpet bir aydi davam edir. Bele halda daha duzgun nece etmek lazimdi?
Cavab: 

Va aleykum Salam. Ümumən islamda uşağa ad qoymaq məsələsi valideynlərin xüsusən də atanın üzərinə düşən vəzifədir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uşağa gözəl ad vermək, dinini öyrətmək və vaxtı gələndə evləndirmək, övladın atası üzərindəki haqlarındandır". (Əbu Nuaym). Lakin sizin vəziyyətinizdə  mübahisədən çıxmaq üçün ailə üzvlərinin üzərində ittifaq etdikləri və mənası pis olmayan digər bir adın seçilməsi daha uyğundur. Belə olan halda da artıq qadın Allahdan qorxmalı, verilən qərarla razılaşmalı və boşanma fikrinə düşməməlidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hər hansı qadın, heç bir əsaslı səbəb olmadan ərindən boşanma tələb edərsə, cənnətin iyi ona haram olar". (İbn Məcəh, 1672;  Əbu Davud: 6/308, №: 2209; ət-Tirmizi, 2/329, №: 1199). Həmçinin oxuyun:
Ərimin uşağımıza mənim razı olmadığım adı qoyması doğrudurmu?
Ana razı deyilsə, uşağa babasının adını qoymaq olarmı?
Yeni doğulan körpələrə tətbiq edilən sünnətlər haqda ətraflı yaza bilərsinizmi?

Paylaş: