Hicablı qadınlar nəyə görə toyda oynamırlar?

    08.03.2014
Kimdən: 
gulsan
Sual: 
Salam aleykum. Hicabli olan qadinlar niya toylarda oynamamalidirlar?
Cavab: 

Aleykuma salam. Qadın yad kişilərin yanında oynamamalıdır, bu, düzgün deyildir. Qadın yalnız öz ərinin yanında onun üçün oynaya bilər. İslam dini qadının şərəf və ləyaqətini qorumaq üçün qadına hicabı əmr etmiş və qadının bütün gözəlliklərini yalnız öz əri üçün nümayiş etdirməsinə icazə vermişdir. Məgər bu əmr ədalətli və cəmiyyət üçün xeyirli bir qərar deyilmi?! Uca Allahın əmr etdiyi bütün qanunlar cəmiyyətin islah olunması üçündür, habelə Onun qadağan etdikləri bütün günahlar insanlar üçün yalnız şərdir. Bəzi insanlar ilahi qanunları öz ağılları ilə mühakimə edir və ağılları kəsdiyi əmr və qadağaları düzgün sayır, ağıllarının kəsmədiyi şeyləri isə inkar edirlər. Bilmək lazımdır ki, bəzi ilahi qanunların xeyir və ya zərər verməsini insan dərk edə bilir, lakin elə ilahi qanunlar vardır ki, onları hər kəs dərk edə bilməz. Ona görə də insan Quranı və Peyğəmbərin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) buyurduqlarını tam şəkildə qəbul etməyincə həqiqi iman gətirmiş müsəlman sayıla bilməz. İslam sözü də məhz təslim olmaq, boyun əymək deməkdir. Kim Allahın kitabı Qurani Kərimi oxuyub ona iman gətirərsə, orada buyurulan əmr və qadağaları qəbul edərsə, bacardığı qədər onlara riayət edərsə, Cənnətə girər.
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər Allah Elçisindən (sallallahu aleyhi və səlləm) soruşdu: "Deyin görüm, əgər mən fərz namazlarını qılsam, ramazan orucunu tutsam, Allahın halal buyurduğunu halal, haram buyurduğunu isə haram saysam (bacardığım qədər bunlara riayət etsəm) və bunlara bir şey əlavə etməsəm, Cənnətə girə bilərəmmi?" Peyğəmbər buyurdu: "Bəli, girə bilərsən".  

Teqlər: 
Paylaş: