Kişi kətan parçadan paltar geyinə bilərmi?

    31.07.2018
Sual: 
Salam Aleykum və Rahmatullah. Kişiyə kətan geyim haramdırmı ?
Cavab: 

Va aleykum Salam va Rahmətullah. Kişilərə kətan parçadan paltar geyinmək qadağan deyil və bunu haram edən hər hansı bir səhih dəlil də yoxdur. Kişilərə ipək parçadan paltar geyinmək isə qadağan edilmişdir. Necə ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Qızıl və ipək ümmətimin kişilərinə haram, qadınlarına halaldır". (əl-Buxari "Libas", 30; Əbu Davud "Xatəm", 3; ət-Tirmizi "Libas", 1). Daha ətraflı: Müsəlman kişi necə geyinməlidir?

Paylaş: