Nafilə ibadət nə deməkdir?

    18.08.2018
Sual: 
Nafileden mesel ucun xeberim yoxdur onda mende gunahkar sayılıram? Nafile loru dilinde ne demekdir?
Cavab: 
Salam aleykum. Nafilə ibadət dedikdə Allahın vacib buyurduğu ibadətlərdən əlavə edilən ibadətlər başa düşülür. Məsələn, Allah gündə 5 dəfə namaz qılmağı əmr etmişdir, bundan əlavə qılınan namazlar nafilədir. Həmçinin, Allah Ramazan ayında oruc tutmağı vacib buyurmuşdur, başqa aylarda tutulan oruclar nafilədir. Nafilə əməllər sahibinə əlavə savab qazandırır. Uca Allah belə buyurur: "Qulum mənə nafilə ibadətlərlə durmadan yaxınlaşar. Nəhayət, mən onu sevərəm. Qulumu sevdiyim zaman da mən onun eşidən qulağı, görən gözü, tutan əli və yürüyən ayağı olaram. Məndən nə istəsə onu mütləq verərəm, mənə sığınsa onu qoruyaram". (əl-Buxari, 6502). Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: "Qiyamət günü bəndənin hesaba çəkiləcəyi ilk əməli namazdır. Əgər namazları qaydasında olsa, uğur qazanar və nicat tapar. Əgər namazları qay­dasında olmasa, ziyana uğrayar. Əgər fərz namazla­rından bir şey əskik olsa, Uca Rəbb belə buyurar: "Baxın, qulumun nafilə na­mazları varmı?" Belə­lik­lə nafilələrlə fərzlərindən əskik olanı tamamlanacaq. Sonra digər əməlləri də bu cür hesaba çəkiləcək". (ət-Tirmizi, 413).
Nafilə ibadətlər etməyən günah qazanmır, amma əlavə savabdan məhrum olur. Daha ətraflı:
Paylaş: