Təşəhhüddə hansı dualar oxunur?

    10.03.2014
Sual: 
Salam aleykum. Teshehude edilen zikirler hansilardir?
Cavab: 

Aleykuma salam. Təşəhüddə edilən zikrlər belədir. "ət Təhiyyətu lilləhi, vas-saləvatu, vat-tayyibətu, əs Sələmu aleykə əyyuhən-nəbiyyu va rahmətullahi va bərakətuhu, əs Səlamu aleynə və alə ibədilləhis-salihin. Əşhədu ən lə iləhə illəllahu va əşhədu ənnə Muhəmmədən abduhu va rasuluhu", (Salamlar, dualar və gözəl şeylər Allah Təalaya aiddir. Ey Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (olsun)! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir).
 

Teqlər: 
Paylaş: