Hamilə qadının hər istədiyini almaq savabdırmı?

    13.08.2018
Kimdən: 
Aygun
Sual: 
Salam Aleyküm Hamile qadinin her isteyini almagin savabi varmı?
Cavab: 

Va aleykum Salam. Bəli, əgər ərinizin həmin şeyləri sizin üçün almağa imkanı varsa, ona görə sədəqə savabı qazanır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dörd fəzilətli dinar vardır. Allah yolunda xərclədiyin dinar, köləyə xərclədiyin dinar, yoxsullara sədəqə verdiyin dinar və ailəyə xərclədiyin dinar arasında ən böyük mükafatlısı (dəyərlisi, xeyirlisi, savablısı) ailən üçün xərclədiyindir". (Muslim: 2/692, №: 995).
"Kişinin xərclədiyi ən yaxşı dinar (pul), ailəsi, Allah Təala yolunda mindiyi miniyi və Allah yolunda öz yaxınları, (dostları) üçün xərclədiyi dinardır (puldur)". (Muslim: 2/691-692, №: 994). 
"Kişinin xərclədiyi ən dəyərli dinar, ailəsi üçün xərclədiyi dinardır". (Muslim, 2/692; ət-Tirmizi, 4/344; Əhməd, 8/329). 
Həmçinin Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: "...Baxmaq məcburiyyətində olduğundan başla! Ən xeyirli sədəqə ailənə (baxmaq məcburiyyətində olduqlarına) ayrılan sədəqədir. Əl açmaqdan (dilənməkdən) çəkinən kimsəni Allah başqalarına möhtac etməz". (əl-Buxari "Zəkat", 18).

Paylaş: