Gecə namazı nə vaxt qılınmalıdır?

    10.03.2014
Sual: 
Salam aleykum. Oxumusham ki, gece namazi mustehebdir ve chox boyuk savabi var. Gunde 3 defe subh, zohr, esr namazi qilinan halda olarmi gece namazini istediyimiz vaxt qilaq? Yoxsa o da her gun vaxti-vaxtinda qilinmalidir?
Cavab: 

Aleykum salam. Əvvəlcə qeyd edək ki, namaz 3 dəfə yox, 5 dəfə qılınmalıdır. Daha ətraflı: Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?
Gecə namazının savabı böyükdür. Peyğəmbərimiz (sallahu aleyhi və səlləm) buyurur ki, "vacib namazlardan sonra ən fəzilətli namaz, gecə namazlarıdır".
Lakin gecə namazını yalnız işa (sonuncu) namazdan sonra qıla bilərsiniz, yəni gecə namazının vaxtı, işa namazından sonra başlayır və sübh namazına kimi davam edir. Bu vaxt ərzində nə namaz qılsanız, artıq gecə namazı sayılır.
Həmçinin oxuyun: Gecə namazı necə qılınır?

Teqlər: 
Paylaş: