Tövbəni necə etmək lazımdır?

    10.03.2014
Kimdən: 
Cəlal
Sual: 
Men tövbə etməkin Allah tərəfindən insana xeyir oldugunu bilrem. Lakin, bunun necə ediləcəyini bilmirem.
Cavab: 

Və aleykum Salam. Tövbə etmək -- günahlardan Allaha qayıtmaq deməkdir. Tövbənin şərtləri bunlardır:
1. Allaha səmimi qəlbdən tövbə edib, Ondan bağışlanma diləmək - yəni, bu etdiyiniz tövbə yalnız Allah üçün edilməlidir, başqa məqsəd olmamalıdır.
2. Günahlara görə peşmançılıq çəkmək
3. Günaha bir daha qayıtmamağa əzm etmək.
4. Tövbəni əcəl gəlməmişdən qabaq etmək.
5. Qul haqqı varsa, o qulun haqqını vermək və ya bu insandan halallıq almaq – Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Kim öz qardaşının haqlarını tapdalayıbsa qoy onun haqqını Qiyamət günü gəlməmişdən qabaq ödəsin. O, gün ki, nə dinar, nə də dirhəm kömək edə biləcəkdir. Qiyamət günü haqları tapdalayanın savablarından alınaraq zülm etdiyi insanlara verilir. Əgər zülm etdiyi qulların haqlarını ödəmədən əvvəl savabları qurtararsa zülm etdiyi qulların günahlarından alınraq ona yüklənər və sonra da Cəhənnəmə atılar". (əl-Buxari).
Həmçinin oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?
 

Teqlər: 
Paylaş: