Namazla bağlı 4 sual

    12.03.2014
Kimdən: 
Anonim
Sual: 
Salam aleykum. 1. Namazda ruku ve secde zamani hara baxmaq lazimdir? 2. Destemazda basha nece ve neçe elle mehs çekirler? 3. Tekbir getirdikde eller harada dayanmalidir? 4. Son ruketde "ət Təhiyyətu" duasi oxuyan zaman sol ayaq, sag ayagin altinda olmalidir? Xahiş edirem ki, bu suallara cavab veresiniz.
Cavab: 

Aleykum salam.
1. Rüku vaxtı və həmçinin qiyam vaxtı, gözlər səcdə edilən yerə baxılmalıdır. Səcdə vaxtı ətrafa baxıb göz gəzdirmək düzgün deyil.
2. İki əllə məsh çəkilir. Məshin çəkilmə qaydası isə başın qabaq tərəfindən, yəni saçın başlayan hissəsindən iki əllə arxaya qədər çəkilir və sonra geri qaytarılır.
3. Təkbir gətirdikdə əllərin ucu çiyinlərə qədər qalxır.
4. Bəli, sol ayaq, sağ ayağın altında olmalıdır.

Teqlər: 
Paylaş: