Xəstəlik səbəbindən dəstəmazın tez-tez pozulması

    20.12.2013
Sual: 
Menim 1 yaxin qohumum var. Evveller nmaz qillirdi indi ise bagirsagindan tez tez qaz cixir deye qila bilmir. Artiq cekili biridi. Deyirki secdeye gedende bagirsagindan qaz cixir ve namazi destemazi pozulur. Sonra gedib yene destemaz alir yene eyni hal olur. Bunun uchun ne meslehet bilerdiz?
Cavab: 

Salam aleykum. Əgər bu hal davamlı olarsa, bu, dəstəmazı poz­mur. An­caq namazın vaxtı girdikdə dəstə­maz alır və hə­min vaxt fərz və nafilə namazlarını qılır. Xəstə olmayan insanlar haqqında isə hədisdə deyilir. Abdullah ibn Zeyd əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər namaz əsnasın­da özün­dən sanki yel çıxdığını hiss etdiyini Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəbər verdikdə Peyğəm­bər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu­yurdu: "Bir səs eşitməyincə və ya bir iy duymayınca namazdan çıxma­sın!" (əl-Buxari, 137).

Paylaş: