Qadının əri ona zülm edir və övladlarına baxmırsa, bu Allahın cəzasıdırmı?

    08.09.2018
Kimdən: 
can
Sual: 
salam eleykum esinden siddet qadin cocuklarina sahib cxmayan baba qarsisinda cekdiyi zulm allahinmi qadina olan cezasidir?
Cavab: 

Va aleykum Salam. Bu dünya sınaq meydanıdır, lakin hər şeyi də Allahın cəzası kimi qəbul etmək səhvdir. Uca Allah buyurur: "...Sizin bəzi­lə­rinizi digərlərinizlə sınaq­dan keçirtdik ki, görək səbir edə bilə­cək­sinizmi?..". (əl-Furqan, 20).
Dünya həyatı müvəqqəti sınaq olduğu üçün burada baş verən hər müsibətdən yalnız Uca Allahın razılığını və axirətdə Cənnəti qazanmaq üçün istifadə etmək lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Böyük bəlaya uyğun böyük savab verilir. Allah bir camaatı sevdikdə onları imtahana çəkir. Kim razı qalarsa, Allahın razılığını qazanar, kim narazı qalarsa, Allahın qəzəbini qazanar". (ət-Tirmizi, 2396).
Həm siz, həm də əriniz tərəfdən mötəbər insanlardan xahiş edin ki, ərinizə davamlı olaraq nəsihət etsinlər. Bununla yanaşı Allaha onu islah etməsi üçün çoxlu dua edin və duaların qəbul olması üçün dinimizdə buyurulan əməlləri edin. Allahın əmrlərini yerinə yetirin, namaz, oruc və digər ibadətlərlə ona nümunə olmağa çalışın, bəlkə utanıb çəkinər. Daha ətraflı:
Allah insanları hansı şəkildə imtahan edir?
Ərim mənimlə maraqlanmır, nə edim?

Paylaş: