Dəstəmaz alarkən üzü əl ilə yumadan suyun altına tutmaq olarmı?

    08.09.2018
Kimdən: 
Əliyev Fuad
Sual: 
Əssələmu aleykum. Dəstəmaz alarkən uzumu ellerimle yox kraantin altina suya salaraq yuya bilerem mi ?
Cavab: 

Va aleykum Salam. Ümumiyyətlə dəstəmaz əzalarının tam şəkildə yuyulması üçün dəstəmazda önəmli olan hallardan biri məqamında iki əldən istifadə edilməsidir. Ona görə də əgər heç bir zəruri və istisna hal yoxdursa, dəstəmazın alınmasında əsas qayda odur ki, üzü iki əli ilə yuyasan. Çünki bu həm Allah elçisinin (salləllahu aleyhi və səlləm) dəstəmaz almaq qaydasına uyğun olan, həm də suyun üzə tam dəyməsini təmin edən bir haldır. Yolların ən gözəli və edilən ibadətlərin ən üstünü hər hansı bir müsəlmanın ibadətlərini peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) etdiyi kimi etməsidir. Həmçinin oxuyun:

Peyğəmbər (salləllahu aleyhi va səlləm) necə dəstəmaz alardı?

Namaz qılmaq və dəstəmaz almaq qaydası - VİDEO 

Teqlər: 
Paylaş: