Allahın adlarını müəyyən saylarda (1280, 308 və ya 489 dəfə) demək ruzini artırırmı?

    15.09.2018
Kimdən: 
Məcidov Vusal
Sual: 
Salam.Allah oruc namazinizi qəbul etsin. Sualim belədir.əsmaül hüsnada Allahin adlari var.məs: Ya ğafur ismini 1260.ya rəzzaq 308 ha fəttah 489 yani kim bunlari yazdiqları rəqəm saysa günahi baqişlayar ruzusi artar.Doğrudurmu bunlar?yani zikr etmək bunlarmidir?
Cavab: 

Va aleykum Salam. Quran və Sünnədə Allahın adlarını qeyd etdiyiniz kimi müəyyən saylarda deməyə aid səhih bir dəlil olmadığı üçün bu əməl bidət (dində yenilik) sayılır və ondan çəkinmək lazımdır. Uca Allah buyurur: "Ən gözəl adlar (əsməul husnə) Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar". (əl-Əraf, 180).
Səhih hədislərdə də bu adları əzbərləyib sayanların əldə edəcəyi üstünlük və savab barədə xeyli rəvayətlər nəql olunub. Allahın adlarının sayılmasının mükafatı cənnətə daxil olmaqdır. Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə demişdir: "Həqiqətən Allahın yüzdən bir əksik 99 adı vardır. Kim onları sayarsa cənnətə daxil olar". (əl-Buxari, 2736; Muslim, 2677). Hədisdə qeyd olunan adların sayılması özündə bunları cəm edir:

1. O adları əzbərləmək
2. O adların mənasını bilmək
3. O adların tələb etdiklərinə əməl etmək. Məsələn, Allahın əl-Əhəd olduğunu bilirsə, bu, ondan Allaha heç bir şeyi şərik qoşmamağı tələb edir. Onun ər-Razzaq olduğunu bilirsə, bu, ruzini Allahdan başqasından istəməməyi tələb edir və s. 
4. Allahı o adlarla çağırıb ona bu adlarla da dua etmək

Uca Allah buyurur: "Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin...". (əl-Əraf, 180).
Beləliklə də bunlardan bildik ki, bu adları sadəcə yazaraq və ya üzündən oxuyaraq bu hədisdə keçən savaba nail olmaq olmaz. Əgər bu adların tələb etdiklərinə əməl və onlarla dua edilməzsə, onları bir vərəqə yazıb mucərrəd olaraq oxumaqla, onun fəzilətini, savabını qazanmaq olmaz. Daha ətraflı: 
Kim Onun adlarını sayarsa, Cənnətə girər 
Ruzinin artması üçün nə etməliyik? 

Allahın adları və onların mənaları haqqında isə saytımızın İSLAM səhifəsində oxuya bilərsiniz.

Teqlər: 
Paylaş: