Dəstəmazın pozulduğunu hiss etmək namazı batil edirmi?

    21.10.2018
Kimdən: 
ARİF
Sual: 
ƏSSƏLƏMU ALƏYKUM VƏ RAHMƏTULLAHİ VƏ BƏRAKƏTUH Salım belədir ki,mən bu cümə günü biraz problemli idim,yəni qarnımda köp var idi və məndə yel əmələ gəlirdi. Nə qədər çalışdım çarə tapa bilmədim.AZAN verildi və mən dəstəmaz aldım Məscidə girdim və xütbəni gözləyirdim xütbə başlayanda dəstəmazımın sındığını hiss etdim. Yenidən gedərək dəstəmaz aldım artıq xütbə bitdi hamı səflərə düzüldü mən də yerim aldım.2-ci rükətdə səsdəyə gedərkən dəstəmazımın sındığını hiss etdim amma çarəm qalmadı belə tamamladım. Bu namaz qəbul olar? Əvvəlcədən təşəkkürlər
Cavab: 

Va aleykumus-Sələm və rahmətullahi və bərakətuhu. İbadətləri qəbul edən Uca Allahdır. Ancaq qarında yelin yaranması, qarının quruldaması dəstəmazı və namazı pozmur, xaricə yel çıxması isə pozur. Bağırsaqdan yel çıxması ilə bağlı isə hədisdə deyilir: Abdullah ibn Zeyd əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər namaz əsnasın­da özün­dən sanki yel çıxdığını hiss etdiyini Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) xəbər verdikdə Pey­ğəm­bər (salləllahu aleyhi və səlləm) bu­yurdu: "Bir səs eşitməyincə və ya bir iy duymayınca namazdan çıxma­sın!" (əl-Buxari, 137). Daha ətraflı:
Bağırsağımda problem var, namaz vaxtı yel çıxarsa, yenidən qılmalıyammı?
Dəstəmazı və namazı batil edən hallar

Paylaş: