Quranda dünyanı sevənlərə, dünya həyatı verildiyi barədə ayə varmı?

    17.03.2014
Sual: 
Salam aleykum. Allah Teala dunya heyatini sevenler uchun dunyani, axiret heyatini sevenler uchun ise axiret heyatini vereceyine dair aye nazil edibmi? Eger nazil edibse hansi ayedir? Allah razi olsun.
Cavab: 

Aleykum salam. Bu barədə Qurani Kərimdə kifayət qədər ayələr vardır. Məsələn; "əş-Şura surəsi, 20", "əl-Bəqərə surəsi, 200-201", "Ali İmran surəsi, 145, 148, 152", "ən-Nisa surəsi, 74" və digər ayələri misal göstərmək olar. Uca Allah buyurur: "Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mütləq mükafatlandıracağıq". (Ali İmran, 145).

Teqlər: 
Paylaş: