Uşağı atasına göstərmədiyimə görə günah qazanırammı?

    16.11.2018
Kimdən: 
AYSU
Sual: 
Salam men 4 aydir yoldasimdan ayriyam.AZ YASLİ USAQİM var .2ay usaqi atasina verdim gorsun otnasin gezdirsin.Aparir di getirmey isdemirdi.Axrinci defe apardi biyabircilikla aldim usaqimi.İndi 2 aydi usaqimi atasina gosdermirem.Deyirem mehkemeyle gel gor.Heleki mehkemeye vermeyib.MEB GUNAH İS GOREM?
Cavab: 
Va aleykum Salam. Atanın öz övladını görməyə haqqı vardır. Ancaq qadın övladı atasına verdikdə onun uşağa zərər verəcəyindən, uşağı anasından qaçırmasından, gizlətməsindən, tərbiyəsini pozmasından, qaytardıqda əlavə problemlərlə üzləşəcəyindən qorxursa, onda uşağı atasına verməməklə günah qazanmır. Həmçinin, İslam alimləri demişlər ki, boşanan qadın ərə getmədikcə və uşağın tərbiyəsini pozmadıqca, övlad onun yanında qalmalıdır. Bu halda onun buna haqqı daha çoxdur. Ancaq istənilən halda ehtiyac olarsa, valideynlərdən hər iki tərəf bununla bağlı məhkəməyə və digər aidiyyatı olan qurumlara müraciət edib məsələni qanuni şəkildə həll edə bilər. Həmçinin oxuyun: Boşandıqda uşaqlar atada qalır, yoxsa anada?
Teqlər: 
Paylaş: