Nə edim ki, ürəyim daim Allahla olsun?

    16.03.2014
Kimdən: 
Allahın qulu
Sual: 
İlk once salam aleykum. Men eveller hemishe Allah Tealaya dua ederdim. Amma namaz qila bilmirem. Ancaq indi ise sheytana lenet, sanki dua etmek istemirem. Bunun sebebi nedendir? Bes men ne edim ki, evvleki kimi daim Allaha dua edim? Men namaz qilmagi chox sevirem, ama qila bilmirem. Xahish edirem ki, mene komeklik edesiz. Ureyim daim Allahla olsun deye ne edim?
Cavab: 

Aleykum salam. Əgər siz Allah Təalaya dua etməyi sevirsinizsə, bunun üçün namaz qılmaq və səcdədə Uca Allaha çoxlu dua etməkdən daha böyük fürsət yoxdur. Namaz qılan əslində heç bir əziyyət çəkmir. Namaz sadə hərəkətlərdən, müəyyən zikr və dualardan ibarətdir. Hətta namazda oxunan "əl-Fatihə" surəsi duadan ibarətdir. Uca Allah insanı Özü xəlq edib və onun bütün xüsusiyyətlərini insanın özündən daha yaxşı bilir. Uca Allah bilir ki, insan unutqandır və ona görə də gündə müxtəlif beş vaxt ayırmışdır. Bu beş vaxtda namaz qılmağı buyurmuşdur və bununla insanın gün ərzində ən azı beş dəfə Özünü xatırlamaq və Ona yaxınlaşmaq fürsətini vermişdir. Bu, Uca Allahın insana bəxş etdiyi ən böyük nemətidir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Sizdən biri namaz qıldıqda öz Rəbbi ilə gizli söhbət edir".
Namaz bəndənin öz Rəbbinə olan məhəbbətinin əlaməti və Onun nemətlərinin qədirini bilməsidir. Namaz Peyğəmbərə (salləllahu aleyhi va səlləm) və onun ümmətinə vacib buyurulan ilk ibadət ayini, tək Allaha olan itaətin və təslimiyyətin göstəricisi və nəfsin tərbiyəsidir. Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyur­­muşdur: "Bəndənin Rəbbinə ən yaxın olduğu halı onun səcdə vəziy­­yə­ti­dir. Odur ki, (səcdədə) duaları çoxaldın!" (Muslim, 482).
Odur ki, namaz qılmağa tələsin! Siz duadan ötrü darıxdığınız kimi inşallah bir namazdan sonra digər namazı yerinə yetirmək üçün darıxacaqsınız. Uca Allah bu işdə hamıya kömək olsun! 

Teqlər: 
Paylaş: