Ayaqyolunda üzü qibləyə tərəf oturmaq günahdırmı?

    18.11.2018
Kimdən: 
Məhəmməd
Sual: 
Salam Aleykum. 1.bu suala görə üzr istəyirəm.ayaqyolunda oturanda üzü qiblə istiqamətində oturmaq günahdırmı? 2.Kartımda olan pullara görə bank həmin pulların üstünə faiz gətirib həmin pulları çoxaldırsa, bu günah sayılır? Öncədən təşəkkürlər.
Cavab: 
Və aleykum Salam.
1. İslama görə açıq sahədə ayaqyoluna getdikdə önü və ya arxası ilə qibləyə tərəf oturmaq olmaz. Peyğəmbər demişdir: "Ayaqyoluna getdikdə önünüzü və ya arxanızı qibləyə tərəf tutmayın. Ya şərqə ya da qərbə (Qiblənin cənub istiqamətində olmasını nəzərə alaraq belə deyilmişdir. Məqsəd qeyri qiblə tərəfə yönəlməkdir) tərəf tutun". (Səhih Müslim müxtəsər əsəri, 109; Səhih Əbu Davud, 7).
Rəvayət edilir ki, Əbu Əyyub demişdir: "Biz Şama getmişdik. Orada ayaqyoluları Kəbəyə tərəf tikildiyindən bacardığımız qədər başqa istiqamətə dönür, sonra Allahdan bağışlanma diləyirdik". (əl-Buxari, 1/498/ №: 394; Muslim, 1/224/ №: 264; ət-Tirmizi, 1/8/ №: 8). Ancaq qapalı ayaqyolularında (məsələn, indiki ayaqyoluları kimi) hansı tərəfə oturmağın bir qəbahəti yoxdur. Daha ətraflı: Ayaqyoluna getməyin ədəbləri
2. Sizdən asılı olmayan səbəblərə görə kartınızdakı məbləğin üzərinə faiz gələrək pullar çoxalırsa, bu, günah sayılır. Daha ətraflı:
 

 

Paylaş: