Ailəmdən xəbərsiz nişanı qaytarmaq günahdırmı?

    25.11.2018
Sual: 
Salam,meni sevmediyim biri ile nisanladilar 1,2 ay ağladim razi olmadim. Sonra bir şans verdim amma yende alinmir ve nişanimi qaytarmaq isteyirem (qarsi terefide razi salaraq ) ailemden xebersiz ,sonra olarda demeyi dusunuremki oda meni istemirdi ona gore ayrildiq .Bu gunahdirmi?
Cavab: 

Və aleykum Salam. Ailənizə doğrunu söyləyin və yalan danışmaqdan çəkinin. İslama görə qadını istəmədiyi bir şəxslə məcburi evləndirmək olmaz. İbn Abbas (Allah ondan razı olsun) deyir ki, bir nəfər bakirə qız Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib, atasının onu məcburi ərə verməsi haqda şikayətləndi və Peyğəmbər (salləllahu aleyhi və səlləm) qadına seçim etməyi təklif etdi. (Əbu Davud, 2082; İbn Məcəh, 1875). Daha ətraflı:
Sevdiyimi başqasına ərə veriblər, mən nə edim?
Qızın razılığı olmadan atanın onu başqasına zorla ərə verməsi icazəlidirmi?
Valideynlərimiz məni sevdiyim oğlanla evlənməyə qoymurlar, bu günahdırmı?

Paylaş: