Qadın ərini razı salmadıqda namazı qəbul olunurmu?

    25.11.2018
Sual: 
Qadin erini razi salmasa Namazi qebul olurmu?
Cavab: 

Salam aleykum. Qadının günah olmayan məsələlərdə ərinə asilik etməsi və ərinin ondan narazı olması onun namazının qəbul olmamasına səbəb ola bilər. Belə ki, İbn Abbas (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona və ailəsinə salamı və salavatı olsun) belə dediyini rəvayət edir: "Üç (sinif) insanın namazı qəbul olunmaz: Camaat bəyənmədiyi halda onlara imamlıq edənin, əri ondan qəzəbli halda yatan qadının və bir-birindən küsmüş (əlaqəni kəsmiş) qardaşların". (Səhih ibn Hibban, 5355).

Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "İki nəfərin namazı başından yuxarı qalxmır; geri qayıdana qədər ağasından qaçan kölənin və ərinə itaətə qayıdana qədər itaətsizlik edən qadının". (əl-Hakim, 7330).

Qadın diqqətli olmalı, buna səhlənkar yanaşmamalı, günah olmayan məsələlərdə bacardığı qədər ərinə itaət etməli və onu razı salmağa çalışmalıdır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) günah olmayan məsələlərdə ərə itaət etmənin qadına Cənnəti qazanmaq üçün vasitə olmasını bildirərək belə demişdir: "Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: "Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol"- deyilər…". (İmam Əhməd, 1661). 

Teqlər: 
Paylaş: