Başqasının mənim ölümüm üçün qurban deməsinin mənə təhlükəsi varmı?

    15.12.2018
Sual: 
Bir insan mənim ölməyim üçün qurban deyib. Yəni deyib ki, sən ölən gün qurban kəsəcəm. O qurban qəbul olurmu. Yəni o şəxs qurban deyibsə mənə bir şey olarmı?
Cavab: 
Salam aleykum. Həyat və ölüm Allahın əlindədir. Bir müsəlanın ölməsi üçün nəzir qismində qurban demək düzgün deyil və bu şəkildə qurban demək bədduanın bir formasıdır. Əgər həqiqətən də zülm edilibsə, onda bu halda bəddua qəbul oluna bilər. Yox əgər həqiqi zülm, haqsızlıq olmayıbsa, onda kiminsə qarğışı keçərli deyil, çünki Uca Allah haqsız yerə edilən bədduaları qəbul etmir və haqsız yerə başqasına bəddua, lənət etmək olduqca təhlükəlidir. Əgər bəddua haqsız yerə edilərsə, sahibinə qayıda bilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Hər hansı bir şeyə lənət etdikdə o, göy üzünə çıxar. Səmanın qapıları ona bağlanar. Sonra yerə enər, yer üzünün qapıları ona bağlanar sonra sağa-sola boylanar. Daxil olacaq bir yer tapmadıqda lənət edilən şəxsə gedər. Əgər o bu lənətə layiqdirsə, onda qalar, deyilsə lənət edənə qayıdar". (Sunən Əbu Davud və Sunən ət-Tirmizi). 
Bu hədisdən göründüyü kimi haqsız yerə bəddua edildiyi zaman sahibinin özünə qayıdar. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Özünüzə, övladlarınıza, yanınızda işlətdiyiniz kəslərə və mallarınıza bəddua etməyin. Allahın duaları qəbul etdiyi ana rast gələr, O da qəbul edər". (Sunən Əbu Davud, 4/327).
Əgər həmin adama zülm etmisinizsə, haqqına girmisinizsə, ondan mütləq halallıq almaq lazımdır. Əgər halallaşmaq mümkün deyilsə, həmin şəxs üçün bir kəffarə kimi onun bağışlanması üçün Allaha dua edin. Əks halda, Qiyamət günü öz savablarınızdan həmin insana veriləcək və ya onun günahları sizə yüklənəcək. Allah qorusun! Həmçinin oxuyun:
Paylaş: