Ərim övlad sahibi olmaq istəmir, nə edim?

    11.12.2018
Kimdən: 
amira
Sual: 
salam aleykum, menim yoldawim 1ci yoldawinda uwagi var ve bezen aramizda soz sohbetler olur deye uwaq istemir, bunun gunahi var? menim ana olmaq haqqimi alir elebil. menim 1ci ailemdi. cox tesir edir mene. men ne edim?
Cavab: 
Və aleykum salam. Ailə qurmaqda əsas məqsədlərdən biri övlad sahibi olmaqdır. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) bizi çoxlu övlad sahibi olmağa təşviq etmişdir: "Çox sevən və çox doğan (doğmaq əzmində olan) qadınlarla evlənin. Qiyamət günü mən sizin sayınızın çoxluğu ilə peyğəmbərlərdən üstün olacağam, fəxr edəcəyəm". (İmam Əhməd; ət-Tabərani; İbn Hibban; Abdurrazzəq və digərləri).
Ərinizin uşaq istəməməsi sizin haqqınızı tapdalamaq və Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) əmrinə qarşı çıxmaq sayılır. Uca Allah buyurur: "Qoy onun (peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar". (ən-Nur, 63).
Belə olan təqdirdə yoldaşınıza həm özünüz, həm də nəsihət qəbul etdiyi insanlar düzgün etmədiyi barədə deyərək onu bu haqsızlıqdan çəkindirsinlər. Nəsihət fayda vermədikdə isə sizin boşanma tələb etmək hüququnuz var. Daha ətraflı:
Teqlər: 
Paylaş: