Fəsil: “Əuzu billəhi minəş-şeytanir-racim” (Lənətlənmiş şeytandan Allaha sığınıram) cümləsinin mənası

    04.11.2018

İstiazə[1]:
Allah U buyurur:
 “Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər. Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir” (əl-Əraf, 199-200).
 
 “Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri sifətləri daha yaxşı bilirik. De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!” (əl-Muminun, 96-98).
 
 “Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur. Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir”. (Fussilət, 34-36).
Bu üç ayədir və Quranda mənaca bu üç ayəyə oxşar dördüncü bir ayə yoxdur. Allah U bu üç ayədə insanlardan olan düşmənin rəğbətini qazanıb, ona yaxşılıq etməyi əmr edir ki, insanın əsl xisləti olan bu gözəl təbiəti sayəsində pis əməldən daşınıb səmimilik və dostluğa meyl etmiş olsun. Şeytanlardan olan düşmənindən isə mütləq Ona (Allaha) sığınmağı əmr edir. Çünki, bu düşmən insanın rəğbətini və yaxşılığını qəbul etmir və əvvəllər onunla Adəm arasında baş vermiş düşmənçilik səbəbindən yalnız Adəm övladının həlak olmasını istəyir. Allah U buyurur: “Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə aldadaraq libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın” (əl-Əraf, 27), başqa bir ayədə: “Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır” (Fatir, 6), başqa bir ayədə isə: “Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Zalımlar üçün bu necə də yarıtmaz mübadilədir!” (əl-Kəhf, 50). Şeytan bir zamanlar atamız Adəmə "Şübhəsiz ki, mən sizin nəsihətçilərinizdənəm"– deyə yalandan and içmişdi. Şeytan (Allaha): “Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam. Təkcə Sənin seçilmiş ixlaslı qullarından başqa!” (Sad, 82-83) - dediyi halda və Allahın U da onun barəsində bizə: “Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın! Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur” (ən-Nəhl, 98-99) - dediyi halda ondan bizə qarşı hansı münasibəti gözləmək olar?
Əksər alimlərin rəylərindən məşhur olan budur ki, şeytanın vəsvəsəsini dəf etmək üçün istiazə (“Əuzu billəhi minəş-şeytanir-racim” - Lənətlənmiş şeytanın şərindən Allaha sığınıram - demək) Quran oxunuşundan əvvəl olmalıdır. Allahın U: “Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın!”(ən-Nəhl, 98) ayəsinin mənası, yəni “Quran oxumaq istədikdə” deməkdir. Necə ki, (dəstəmaz ayəsində) “Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun...” (əl-Maidə, 6) deyilir, yəni “namaza durmaq istədikdə”. Peyğəmbərdən r bu mövzuda gələn hədislər də buna dəlalət edir. İmam Əhməd Əbu Səid əl-Xudridən rəvayət etdiyi hədisdə deyir: “Peyğəmbər r gecə yuxudan oyanıb namaz qılarkən təkbir edib (“Allahu Əkbər” deyib) açılış duasını deyərdi: “Allahım! Sən pak və müqəddəssən. Sənə həmd olsun. Sənin adın mübarək, əzəmətin ucadır. Səndən başqa haqq məbud yoxdur”, sonra üç dəfə “Lə iləhə illəllah” (Allahdan başqa haqq məbud yoxdur) deyər, sonra isə “Əuzu billəhi minəş-şeytanir-racim, min həmzihi və nəfxihi və nəfsihi” (Lənətlənmiş şeytandan, (ağlıma) xətər yetirməsindən, (köksümə üfürdüyü) təkəbbürlükdən  və (təlqin etdiyi batil) şerlərindən Allaha sığınıram) – deyərdi”.[2] Bu hədisi “Dörd Sünnə”[3] kitablarının müəllifləri rəvayət etmişlər. ət-Tirmizi bu hədis barədə: “O, bu mövzuda gələn ən məşhur hədisdir”- demiş və hədisdəki “həmz” sözünü “mutə”[4], yəni, boğulma xəstəliyi kimi, “nəfx” sözünü təkəbbürlük kimi, “nəfs” sözünü isə batil şer kimi izah etmişdir.
Həmçinin, Əbu Davud və İbni Məcənin rəvayət etdikləri hədisdə Cubeyr ibn Mutim t deyir: “Allah Elçisinin r namaza daxil olarkən üç dəfə: “Allahu Əkbər Kəbiiran” (Allah Ən Böyükdür), üç dəfə: “Əlhəmdulilləhi Kəsiiran” (Allaha çox həmd olsun), üç dəfə: “Subhən-Allahi bukratən və asiylən” (Səhər-axşam Allahın şəninə tərif olsun!), sonra isə: “Allahummə inni əuzu bikə minəş-şeytan, min həmzihi və nəfxihi və nəfsihi” (Allahım şeytandan, (ağlıma) xətər yetirməsindən, (köksümə üfürdüyü) təkəbbürlükdən  və (təlqin etdiyi batil) şerlərindən Sənə sığınıram) - deyərdi. Amr ibn Murra deyir: “Həmzihi” - “mutə” (epilepsiya) xəstəliyi, “nəfxihi” – şeytanın insanın köksümə üfürdüyü təkəbbürlük, “nəfsihi” isə - batil şer deməkdir”.[5]
İbn Məcə Abdullah ibn Məsuddan t rəvayət etdiyi hədisdə Allah Elçisi r: “Allahummə inni əuzu bikə minəş-şeytanir-racim va həmzihi və nəfxihi və nəfsihi” (Allahım, lənətlənmiş şeytandan, (ağlıma) xətər yetirməsindən, (köksümə üfürdüyü) təkəbbürlükdən  və (təlqin etdiyi batil) şerlərindən Sənə sığınıram!) - deyərdi. Abdullah ibn Məsud t deyir: “Həmzihi” - “mutə” (epilepsiya) xəstəliyi, “nəfsihi” - batil şer, “nəfxihi” isə – şeytanın insanın köksümə üfürdüyü təkəbbürlük deməkdir”.[6]
Əbu Yəalə əl-Mouvsuli Ubeyy ibn Kəabdan t rəvayət edir ki, iki kişi Allah Elçisinin r yanında bir-birilərini söydülər, hətta iş o yerə gəlib çatdı ki, qəzəbdən birinin burnundan qan açıldı. Allah Elçisi r (onların bu halını görüncə) dedi: “Mən elə bir şey bilirəm ki, kim onu desə qəzəbi soyuyacaq. Bu, “Əuzu billəhi minəş-şeytanir-racim” (Lənətlənmiş şeytandan Allaha sığınıram) zikridir”.[7] ən-Nəsai “Əməlul-Yəumi vəl-Leylə” kitabında da belə rəvayət etmişdir.
Həmçinin, İmam Əhməd, Əbu Davud, ət-Tirmizi və ən-Nəsai “Əməlul-Yəumi vəl-Leylə” kitabında Muaz ibn Cəbəldən t rəvayət etdikləri hədisdə deyilir: “İki kişi Allah Elçisinin r yanında bir-birilərini söydülər. Onlardan biri çox qəzəbləndi, hətta mənə elə gəldi ki, onlardan birinin burnundan qəzəbdən qan açılıb. Allah Elçisi r dedi: “Mən elə bir zikr bilirəm ki, kim onu desə qəzəbi soyuyacaq”. (Səhabələrdən biri) dedi: “O, hansı zikrdir elə, ey Allahın Elçisi?” Peyğəmbər r: “Qoy (həmin adam) Allahummə inni əuzu bilkə minəş-şeytanir-racim” (Allahım, lənətlənmiş şeytandan Sənə sığınıram!) - desin”. Muaz qəzəblənən kişiyə bu zikri deməyi əmr etməyə başladı. Kişi isə imtina etdi və qəzəbi daha da şiddətləndi”.[8] Hədisin mətni Əbu Davudun rəvayətidir. ət-Tirmizi isə hədisin “mursəl”[9] olduğunu bildirmişdir. Yəni, Abdur-Rahmən ibn Leylə Muaz ibn Cəbəli t görməmişdir, çünki o (Muaz ibn Cəbəl t) hicri iyirminci ildən əvvəl vəfat etmişdir.
Mən deyirəm: “Ola bilsin ki, Abdur-Rahmən ibn Leylə bu hədisi əvvəlki rəvayət kimi Ubey ibn Kəabdan eşitmiş, o da onu Muaz ibn Cəbəldən rəvayət etmişdir, çünki bir çox səhabə bu hadisənin şahidi olmuşdur.
İmam əl-Buxari Suleyman ibn Suraddan t rəvayət etdiyi hədisdə demişdir: “(Bir dəfə) mən Peyğəm­bə­rin r yanında ikən iki nəfər bir-birilə söyüşməyə başladı. (Qəzəbdən) on­lar­­dan birinin üzü qızardı. Pey­ğəmbər r (ona ba­xıb) dedi: “Mən elə bir kəlmə bilirəm ki, əgər o hə­min kəlməni desə, qəzəb his­­si on­dan gedər! Əgər o: “Əuzu billəhi minəş-şeytanir-racim!” (Lənətlənmiş şeytandan Allaha sığınıram) desə, qəzəbi soyu­yar”. Əsha­bələr həmin adama dedilər: “Pey­ğəmbərin r (sənə) nə dediyini eşitmirsən?” Adam dedi: “Mən dəli deyiləm?!”[10] Həmçinin, hədisi Muslim, Əbu Dəvud və ən-Nəsai də rəvayət etmişlər. 
 
فَصْلٌ: مَعْنَى "أَعُوذُ بِاللهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ"

Fəsil: “Əuzu billəhi minəş-şeytanir-racim” (Lənətlənmiş şeytandan Allaha sığınıram) cümləsinin mənası

 
“Əuzu billəhi minəş-şeytanir-racim” cümləsinin mənası; yəni, “lənətlənmiş şeytanın dinimə və dünyama zərər verməsindən, əmr olunanları yerinə yetirməkdən yayındırmasından və qadağan olunan əməllərə sövq etməsindən Allahın məni himayə etməsini istəyirəm”- deməkdir. Həqiqətən, insanı şeytandan yalnız Allah mühafizə edə bilər. Bu səbəbdən (əvvəlki üç ayədə) Uca Allah insanlardan olan şeytanların rəğbətini qazanıb, onlara yaxşılıq etməklə könüllərini ələ almağı əmr edir ki, bu əməl onların əsl təbiətinin (kökslərində olan) pisliyi dəf etməsinə səbəb olsun. Cinlərdən olan şeytanlardan isə Allaha sığınmağı əmr edir, çünki onu ələ almaq və yaxşılıq etməklə ona təsir etmək olmur. Onun təbiətinin əsli şərdir və səni ondan yalnız onu yaradan Allah mühafizə edə bilər. Bu da Quranda üç ayənin mənasıdır və bu üç ayəyə oxşar dördüncü bir ayə olduğunu bilmirəm[11].
“Şeytan” sözü ərəb dilində شَطَنَ “şətana”, yəni, “uzaq olmaq” felindən düzəlmişdir. Təbiətinin insan təbiətindən və hər bir xeyirdən uzaq olmasına görə belə adlanmışdır. Başqa bir rəyə görə  شَاطَ “yanmaq” felindən düzəlib, oddan yarandığına görə belə adlandırılmışdır. Bəzi alimlər məna baxımından hər iki rəyin doğru olduğunu söyləyirlər. Lakin birinci rəy[12] daha doğrudur. Ərəblərin danışığı da buna dəlalət edir. Sibaveyh[13] S deyir: “Ərəblər danışıqda bir kəs şeytana xas olan əməl etdikdə تَشَيْطَنَ فُلاَنٌ “təşəytana fulən” (filankəs şeytanlıq etdi) deyirlər. Əgər bu söz شَاطَ “yanmaq” felindən düzəlmiş olsaydı, bu zaman (nun hərfini pozaraq) تَشَيَّطَ “təşəyyata” deyərdilər.
Beləliklə, doğru rəy budur ki, “şeytan” sözü “uzaq olmaq” felindən düzəlmişdir. Bu səbəbdən (ərəblər) üsyankar cin, insan və heyvanları “şeytan” adlandırırlar. Uca Allah buyurur: Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik. Bunlar aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər”. (əl-Ənam, 112).
İmam Əhmədin “Musnəd” kitabında Əbu Zərdən y rəvayət olunan hədisdə deyilir: “Pey­ğəmbər r dedi: “Ey Əbu Zərr, insan və cinlərdən olan şeytanlardan Allaha sığın!” Mən dedim: “(Ey Allahın Elçisi) İnsanlardan da şeytanlar olurmu?” Pey­ğəmbər r dedi: “Bəli”.[14] Səhih Muslimdə yenə Əbu Zərdən rəvayət olunan hədisdə Pey­ğəmbər r demişdir: “(Namaz qılanın qarşısından) qadın, eşşək və qara itin keçməsi namazı batil edər” Mən dedim: “Qara itin qırmızı və ya sarı itdən fərqi nədir?” Pey­ğəmbər r dedi: “Qara it şeytandır”.[15] ət-Təbəri S rəvayət edir ki, bir dəfə Ömər ibn əl-Xəttab y yük atına mindi. At sağa-sola meyl edib əyilərək getməyə başladı. Ömər atı vurmağa başladı. Vurduqca at daha da əyilməyə başladı. Ömər atdan endi və dedi: “Siz məni şeytana mindirdiniz. Atdan düşdükdən sonra özüm-özümü tanımadım”. Rəvayətin sənədi səhihdir.[16]  
“Racim” “lənətlənmiş” sözü “fail” formasında olub “məful” (keçmiş zaman feli sifət) mənasını verir. Yəni, o xeyirdən təmamilə uzaqlaşdırılmış, qovulmuşdur. Belə ki, Uca Allah buyurur: “Biz sizə yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan alovlar etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq” (əl-Mulk, 5). Həmçinin buyurur: “Biz dünya səmasını parlaq ulduzlarla bəzədik  və onu hər bir asi şeytandan mühafizə etdik. Onlar artıq ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə yandırıb yaxan alovlar yağdırılar  və oradan qovularlar. Onları uzun sürəcək bir əzab gözləyir. Lakin şeytanlardan hər kim o söhbətlərdən bir söz qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir alov təqib edər” (əs-Saffət, 6-10). Başqa bir ayədə: “Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik. Onları qovulmuş hər bir şeytandan qoruduq. Ancaq şeytanlardan kim göy əhlinin danışıqlarına xəlvətcə qulaq assa, onu yandırıb yaxan alov təqib edər” (əl-Hicr, 16-18) və s. bu mənada ayələr var.

 
[1] “İstiazə” sözünün hərfi mənası “sığınacaq istəmək” deməkdir. Şəriətdə isə “Əuzu billəhi minəş-şeytanir-racim” (Lənətlənmiş şeytanın şərindən Allaha sığınıram) deməklə şeytanın şərindən Allaha sığınmaq deməkdir.
[2] Əbu Davud, 775; ət-Tirmizi, 242; İbn Macə, 804. Hədis səhihdir. Bax; “Mişkətul-Məsabih” 1217. 
[3] “Dörd Sünnə”- dedikdə, Sünən Əbu Davud, Sünən ət-Tirmizi, Sünən ən-Nəsai və Sünən İbni Məcə nəzərdə tutulur.
[4] Mutə xəstəliyi – insanda çırpınma və silkələnmə ilə müşahidə olunan epilepsiya və ya özündən getmənin bir növüdür. İnsan özünə gəldikdə isə normal hala qayıdır, yatmış və ya sərxoş kimi.
[5] Əbu Davud, 775; ət-Tirmizi, 242; İbn Macə, 804. Hədis səhihdir. Bax; “Mişkətul-Məsabih” 1217.
[6] İbn Məcə, 808. əl-Busiri “əz-Zəvaid” kitabında deyir: “Bu hədislərdən birincisini Əbu Davud, ət-Tirmizi və ən-Nəsai Əbu Səid əl-Xudridən t, digərini isə İbn Hibbən Cubeyr ibn Mutimdən t rəvayət etmişdir”. Yəni bu hədisdən əvvəlki iki hədisi nəzərdə tutur. (Əhməd Şakir). əl-Beyhəqi “Sunənul-Kubra” 2186, 2452; əl-Hakim, 749; Səhih İbn Məcə, 658. Hədis səhihdir. Bax; “İrvaul-Ğalil” 2/55.
[7] əd-Diya əl-Məqdisi “Əhədisil-Muxtəra” 1236. Hədis səhihdir. Bax; “Səhih əl-Cəmi” 2491.
[8] Əbu Davud, 4780. Hədis zəifdir. Bax; “Daif Tərğib vət-Tərhib” 1646.
[9] Mursəl: Bu kəlmə ( مُرْسَلٌ ) ərəbcə “ərsələ” ( أرْسَلَ ) felinin məchul nö­vündən əmələ gəlmiş feli sifətdir. Bu söz gön­də­rilmiş, yollanmış və s. mənaları ifa­də edir (“Mu­cəmul-Vəsit”, səh. 344).
İstilahi mənada isə – bu, o hədisdir ki, isnadının so­nun­da ta­biindən sonra gələn (Peyğəm­bərlə r tabiin ara­sında olan) ravi buraxılmışdır (“Tədrib ər-Ravi”, 1/167; “Təysir Mustələh əl-Hədis”, səh. 71).
[10] əl-Buxari, 3282, 3040;
[11] İbn Kəsir burada əvvəl qeyd etdiyimiz üç ayəni təkrar gətirmişdir. Bu üç ayə əvvəlki səhifədə qeyd olunmuşdur.
[12] Yəni, شَطَنَ “şətana” “uzaq olmaq” felindən düzəlməsi.
[13] Sibaveyh – Əbu Bişr (Əbul-Həsən) Amr ibn Osman ibn Qanbər, Bəsrə dilçilərinin ərəb dili qrammatikasında şəksiz imamıdır. Əslən farsdır, Bəsrədə boya-başa çatmışdır. Yaraşıqlı, mülayim bir gənc idi. Dilində nasazlıq var idi. Ərəb dilinin qrammatikasını ən böyük ərəb dili alimlərindən əl-Xalil ibn Əhməd əl-Fərahidi, İsa ibn Ömər və Yunusdan öyrənmişdir. Ərəb dilinin qrammatikasına aid yazdığı “əl-Kitəb” kitabı bu sahədə ən gözəl kitab sayılır. Hicri 180-ci ildə Şirazda vəfat etmişdir.
[14] ən-Nəsəi, 2/319. Bu formada müxtəsər rəvayət etmişdir. Hədis İmam Əhmədin “Musnəd”ində iki uzun rəvayətin tərkibində gəlib (5/178, 179, Hələb çapı). İmam Əhməd hədisin bu hissəsini (5/265) həmçinin Əbu Uməmədən y gələn uzun hədisin tərkibində də rəvayət etmişdir. (Əhməd Şakir). İmam Əhməd, 21552, 21885.
[15] Muslim, 1165; Əbu Davud, 702; ən-Nəsəi, 750.
[16] İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 137.