Camaat namazında imamlıq etməyin şərtləri nədir?

    25.11.2018
Kimdən: 
Fexri
Sual: 
Pisnamaz qalmaqin sertleri
Cavab: 
Salam aleykum. Pişnamaz fars dilində camaat namazında imamlıq edənə deyilir. Başqalarına nisbətən Qurandan daha çox surə bilən namazda imam durmalıdır. Əbu Məsud əl-Ənsari (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Camaata, Allahın kitabını daha çox bilən şəxs imamlıq etsin. Əgər Quran bilikləri eyni səviyyədə olsa onda sünnəni daha çox bilən imam dayansın. Əgər sünnə biliklərində eyni olsalar onda daha öncə hicrət edən imam dayansın. Əgər bunda da bərabər olsalar, onda İslamı daha öncə qəbul edən imam dayansın. Heç kəs başqasının sahib olduğu yerdə ona imamlıq etməsin və onun evində icazəsi olmadan yerində oturmasın". (Muslim, 673; ət-Tirmizi, 235). 
Bu hədisə əsasən evin və ya namaz qılınan hər hansı bir yerin sahibi imam durmağa daha çox layiqdir. Lakin, o icazə versə, başqaları da imam dura bilər. Həmçinin oxuyun:

 

Teqlər: 
Paylaş: