Həftədə 1 dəfə nafilə orucu tutmaq istəyən niyyət etməlidirmi?

    28.12.2018
Sual: 
Salam.Bir defe deyilib heftede bir gun oruc tutacaqam ALLAH xatir. Her hefte bir gun oruc tutulur.Oruc tutmamisdan qabaq yene niyyet etmelisen? Etmelisense nece.
Cavab: 

Və aleykum Salam. Bəli, hər dəfə oruc tutmamışdan əvvəl ayrıca niyyətin olması vacibdir. Niyyət isə qəlbən olmalıdır, dil ilə tələffüz etmək bidətdir (dində yeninlikdir). Həmçinin hər dəfə həftə daxili tutmaq istədiyiniz oruc çalışın qadağan olan günlərə (təkcə cümə günü, təkcə şənbə günü) düşməsin və daha yaxşı olar ki, səhih hədislərdə bildirilən fəzilətli günlərə (1-ci və 4-cü günlərinə) təsadüf etsin. Daha ətraflı:
Niyyət etmək barədə
1-ci və 4-cü günlər tutulan oruc barədə
Cümə, şənbə və bazar günləri oruc tutmaq olarmı?
Niyyət edərək hər ay bir həftə nzir orucu tutmaq bidətdirmi?

Teqlər: 
Paylaş: