Ərin haqsızlıqlarına, nöqsanlarına dözən qadına mükafat varmı?

    07.01.2019
Kimdən: 
Aylin Mehbalayeba 33 yaş
Sual: 
Salam aleykum. Ərin haqsızlıqlarına, nöqsanlarına dözən qadına mükafat varmı?
Cavab: 
Və aleykum Salam. Xanıma haqsızlıq edən kişi zövcəsinin haqqına girərək günah qazanır, həm də Uca Allahın əmrinə qarşı çıxmışdır. Uca Allah buyurur: "...Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun". (ən-Nisa, 19).
Belə halda kişi tövbə edib zövcəsindən halallıq almasa, Qiyamət günü bu əməlinə görə Allaha cavab verməli olacaq. Qadın da əgər ərinin nöqsanlarına səbr edər və buna görə Allahdan savab umar, çıxış yolu gözləyərsə, eyni anda ona haqsız davranan ərinin haqqını ödəyərsə, gözəl aqibət onun olar. Bu qayda bütün haqq sahibləri üçün keçərlidir. Əgər siz üzərinə düşəni edir, qarşı tərəf isə səhlənkarlıq edirsə, Allah sizi qalib edəcəkdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qohumluq əlaqəsi saxlayan, onlara yaxşılıq edən, qohumları isə əksini edən bir kişiyə belə demişdir: "...Əgər dediyin kimidirsə, sanki sən onların üzərinə od yağdırırsan və belə davam etdikcə, sənin üçün onlar üzərdinə Allah tərəfindən üstünlük vardır". (əl-Buxari "Ədəbul-Mufrad", 52).
Hədisdə keçən "üstünlük" ifadəsi yardım mənasındadır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) digər səhih hədislərdə də xəbər vermişdir ki, belə halda həmin insana Allah tərəfindən yardım vardır. Həmçinin Uca Allah buyurur: "...Əgər ona qarşı bir-birinizə dəstək versəniz, bilin ki, Allah, Cəbrail və əməlisaleh möminlər onun dostu və yardımçısıdır. Bunlardan başqa mələklər də onun yardımçılarıdır". (ət-Təhrim, 4).
Odur ki, əgər qadın günah olmayan məsələlərdə ərinə itaət edər, onun nöqsanlarına səbr edər və ərinin haqsız davranışlarına dözərsə, onun üçün böyük bir mükafat və gözəl bir sonluq vardır. İstər kişi, istər qadın həyat yoldaşı tərəfindən haqsızlıq görərsə, səbr etməsi daha yaxşıdır. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: