Hər gecə Qurandan surələr oxumasam rahat yata bilmirəm...

    30.01.2019
Kimdən: 
Ee
Sual: 
Salam aleykum men her gece sureler oxumadan yatammiram sureleri deib yatanda rahat yatiram bu ne anlama gelir?
Cavab: 
Və aleykum Salam. Quran oxumaq, Allahı zikr etmək qəlblərə bir rahatlıqdır. Uca Allah buyurur: "Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. İman gətirib saleh əməllər edənlər üçün xoş güzəran və gözəl qayıdış yeri hazırlanmışdır". (ər-Ra'd, 28-29).  Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Kim Ayətul-Kursini yerinə uzananda oxusa, Allahın göndərdiyi mü­hafizəçi səhərədək onu qoruyar və şeytan səhərədək ona yaxınlaşmaz". (İbn Həcər "Fəthul-Bari", 4/487).
Daha yaxşı olar ki, yatmamışdan əvvəl səhih hədislərdə buyurulduğu kimi əl-Mulk və əs-Səcdə surələrini oxuyasınız. Peyğəmbər (salləllahu aleyhi və səlləm) "əs-Səcdə" və "əl-Mulk" surələrini oxumadan yat­maz­dı. (ət-Tirmizi, ən-Nəsai. Bax: "Sahihul-Cami", 4/255). 
Həmçinin oxuyun: 
Paylaş: