Əli ibn Əbu Talib haqda nazil olan ayə - əl-Ənam surəsi 26 - cı ayə

    19.12.2018
 وَهُمْ يَنْهَوْنَ عَنْهُ وَيَنْأَوْنَ عَنْهُ وَإِنْ يُهْلِكُونَ إِلَّا أَنْفُسَهُمْ وَمَا يَشْعُرُونَ

 
“Onlar həm insanları haqdan uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar. Onlar ancaq özlərini həlak edir və bunu hiss etmirlər”
 

عَنِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا ، فِي قَوْلِ اللهِ عَزَّ وَجَلَّ {وَهُمْ يَنْهَوْنَ عَنْهُ ، وَيَنْأَوْنَ عَنْهُ} قَالَ : نَزَلَتْ فِي أَبِي طَالِبٍ كَانَ يَنْهَى الْمُشْرِكِينَ أَنْ يُؤْذُوا رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، وَيَتَبَاعَدُ عَمَّا جَاءَ بِهِ.

 
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın bu ayəsi “Onlar həm insanları haqdan uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar...“ (əl-Ənam, 26) haqda demişdir: “Bu ayə Əbu Talib haqda nazil olmuşdur. O, müşriklərə Allah Elçisinə - sallallahu aleyhi və səlləm - əziyyət verməyi qadağan edəre  onlar da Allah Elçisindən - salləllahu aleyhi və səlləm - (və gətirdiyi Qurandan) uzaq durardılar”.   
 
əl-Hakim, 3228; əl-Beyhəqi “Dələilun-Nubuvvə” 2/341. Ali Nəsr və əl-Hilali həsən li-ğeyrihi olduğunu bildirmişdir.