"Yanından qovma!"- əl-Ənam surəsi 52 - ci ayə

    23.12.2018
وَلَا تَطْرُدِ الَّذِينَ يَدْعُونَ رَبَّهُمْ بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ مَا عَلَيْكَ مِنْ حِسَابِهِمْ مِنْ شَيْءٍ وَمَا مِنْ حِسَابِكَ عَلَيْهِمْ مِنْ شَيْءٍ فَتَطْرُدَهُمْ فَتَكُونَ مِنَ الظَّالِمِينَ

 
“Rəbbinin Üzünü diləyərək səhər və axşam çağı Ona dua edənləri yanından qovma! Nə sən onların verəcəkləri hesabata azca da olsa cavabdehsən, nə də onlar sənin verəcəyin hesabatında azca da olsa cavabdehdirlər. Onları qovsan zalımlardan olarsan
 

عَنْ سَعْدٍ فِىَّ نَزَلَتْ {وَلَا تَطْرُدْ الَّذِينَ يَدْعُونَ رَبَّهُمْ بِالْغَدَاةِ وَالْعَشِيِّ} قَالَ نَزَلَتْ فِى سِتَّةٍ أَنَا وَابْنُ مَسْعُودٍ مِنْهُمْ وَكَانَ الْمُشْرِكُونَ قَالُوا لَهُ تُدْنِى هَؤُلاَءِ.

 
Rəvayət edilir ki, Səd (Allah ondan razı olsun) bu ayə “Rəbbinin Üzünü diləyərək səhər və axşam çağı Ona dua edənləri yanından qovma…” (əl-Ənam, 52) haqda demişdir: “Bu ayə altı nəfər barəsində na­zil oldu. Mən və İbn Mə­sud o altı nəfərdən idik. Müşriklər Pey­ğəmbərə - sallallahu aleyhi və səlləm: “Onları yanından qov!”- dedilər (və bu ayə nazil oldu).
 
Muslim, 4433, 6393.
 

عَنْ سَعْدٍ قَالَ كُنَّا مَعَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سِتَّةَ نَفَرٍ فَقَالَ الْمُشْرِكُونَ لِلنَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ اطْرُدْ هَؤُلَاءِ لَا يَجْتَرِئُونَ عَلَيْنَا قَالَ وَكُنْتُ أَنَا وَابْنُ مَسْعُودٍ وَرَجُلٌ مِنْ هُذَيْلٍ وَبِلَالٌ وَرَجُلَانِ لَسْتُ أُسَمِّيهِمَا فَوَقَعَ فِي نَفْسِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَا شَاءَ اللَّهُ أَنْ يَقَعَ فَحَدَّثَ نَفْسَهُ فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ {وَلَا تَطْرُدْ الَّذِينَ يَدْعُونَ رَبَّهُمْ بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ}

 
Rəvayət edilir ki, Səd (Allah ondan razı olsun) demişdir: “Biz altı nəfər Peyğəmbərlə - salləllahu aleyhi və səlləm - bir yerdə idik. Müşriklər Peyğəmbərə - sallallahu aleyhi və səlləm - dedilər: “Bunları özündən uzaqlaşdır ki, cürət edib bizə qarşı çıxmasınlar”. Bu zaman mən, İbn Məsud, Huzeyl qəbiləsindən olan bir kişi, Bilal və adlarını bilmədiyim iki kişi onunla birlikdə idik. Peyğəmbər - sallallahu aleyhi və səlləm - bizi öz yanından uzaqlaşdırıb-uzaqlaşdırmaya­cağı barədə fikirləşdikdə, Uca Allah bu ayəni nazil etdi: “Rəbbinin Üzünü diləyərək səhər və axşam çağı Ona dua edənləri yanından qovma…” (əl-Ənam, 52)”.
 
Muslim, 4434, 6394; İbn Macə, 4128; İbn Kəsir “Təfsir” 5/152.