"Allah insana heç bir şey nazil etməmişdir" - əl-Ənam surəsi 91 - ci ayə

    23.12.2018
وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ إِذْ قَالُوا مَا أَنْزَلَ اللَّهُ عَلَى بَشَرٍ مِنْ شَيْءٍ قُلْ مَنْ أَنْزَلَ الْكِتَابَ الَّذِي جَاءَ بِهِ مُوسَى نُورًا وَهُدًى لِلنَّاسِ تَجْعَلُونَهُ قَرَاطِيسَ تُبْدُونَهَا وَتُخْفُونَ كَثِيرًا وَعُلِّمْتُمْ مَا لَمْ تَعْلَمُوا أَنْتُمْ وَلَا آبَاؤُكُمْ قُلِ اللَّهُ ثُمَّ ذَرْهُمْ فِي خَوْضِهِمْ يَلْعَبُونَ

 
“Onlar: “Allah insana heç bir şey nazil etməmişdir”– deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətirdiyi Kitabı kim nazil etmişdir? Siz onu kağızlara yazıb bir qismini göstərir, çoxunu isə gizlədirsiniz. Axı, sizin də, atalarınızın da bilmədiyiniz şeylər sizə öyrədilmişdir”. Sən: “Allah!”– de, sonra da onları burax ki, öz boşboğazlıqları ilə əylənsinlər.
 

عَنِ ابْنِ عَبَّاسٍ ، قَوْلُهُ : {وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ إِذْ قَالُوا مَا أَنْزَلَ اللَّهُ عَلَى بَشَرٍ مِنْ شَيْءٍ} يَعْنِي : مِنْ بَنِي إِسْرَائِيلَ . قَالَتِ الْيَهُودُ : يَا مُحَمَّدُ ، أَنَزَّلَ اللَّهُ عَلَيْكَ كِتَابًا ؟ قَالَ : نَعَمْ ، قَالُوا : وَاللَّهِ مَا أَنْزَلَ اللَّهُ مِنَ السَّمَاءِ كِتَابًا ، فَأَنْزَلَ اللَّهُ : {قُلْ} يَا مُحَمَّدُ {مَنْ أَنْزَلَ الْكِتَابَ الَّذِي جَاءَ بِهِ مُوسَى نُورًا وَهُدًى لِلنَّاسِ} إِلَى قَوْلِهِ : {وَلاَ آبَاؤُكُمْ} قَالَ : اللَّهُ أَنْزَلَهُ.

 
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) Allahın bu ayəsi “Onlar: “Allah insana heç bir şey nazil etməmişdir”– deməklə Allahı layiqincə qiymətləndirmədilər...” (əl-Ənam, 91) haqda demişdir: “Yəni, İsrail övladları. Yəhudilər dedilər: “Ey Muhəmməd, Allah sənə kitab nazil edib?” O dedi: “Bəli”. Onlar dedilər: “Allaha and olsun, Allah sənə səmadan kitab nazil etməyib”. Allah da bu ayəni nail etdi: “De (Ey Muhəmməd): “Musanın insanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətirdiyi Kitabı kim nazil etmişdir? Siz onu kağızlara yazıb bir qismini göstərir, çoxunu isə gizlədirsiniz. Axı, sizin də, atalarınızın da bilmədiyiniz şeylər sizə öyrədilmişdir”. (əl-Ənam, 91)”. O dedi: “Allah ona nazil etdi”.

İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 13540, 13596; İbn Əbu Hatim “Təfsir” 7591. Ali Nəsr və əl-Hilali həsən olduğunu bildrmişdir.