"Bismilləh"- deyilmib kəsilməmişlər haqda - əl-Ənam surəsi 121 - ci ayə

    23.12.2018
وَلَا تَأْكُلُوا مِمَّا لَمْ يُذْكَرِ اسْمُ اللَّهِ عَلَيْهِ وَإِنَّهُ لَفِسْقٌ وَإِنَّ الشَّيَاطِينَ لَيُوحُونَ إِلَى أَوْلِيَائِهِمْ لِيُجَادِلُوكُمْ وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِكُونَ

 
“Üstündə Allahın adı çəkilməmiş – “bismilləh” deyilib kəsilməmiş heyvanlardan yeməyin. Çünki bu, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün batil əqidələr təlqin edirlər. Əgər onlara itaət etsəniz, sözsüz ki, siz də müşriklərdən olarsınız”    
 

عَنِ ابْنِ عَبَّاسٍ ، فِي قَوْلِهِ : {وَإِنَّ الشَّيَاطِينَ لَيُوحُونَ إِلَى أَوْلِيَائِهِمْ} يَقُولُونَ : مَا ذَبَحَ اللَّهُ فَلاَ تَأْكُلُوا وَمَا ذَبَحْتُمْ أَنْتُمْ فَكُلُوا . فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ : {وَلاَ تَأْكُلُوا مِمَّا لَمْ يُذْكَرِ اسْمُ اللهِ عَلَيْهِ}.

 
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) bu ayə “Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün batil əqidələr təlqin edirlər” (əl-Ənam, 121) haqda demişdir: “(Şeytan müşriklərə təlqin etdikdən sonra) onlar: “Allah üçün kəsilən heç bir şeydən yeməyin, yalnız öz kəsdiyinizdən (Allahın adı çəkilmədən kəsilmiş heyvandan) yeyin!”- dedilər və Uca Allah bu ayəni nazil etdi: “Üstündə Allahın adı çəkilməmiş – “bismilləh” deyilib kəsilməmiş heyvanlardan yeməyin. Çünki bu, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün batil əqidələr təlqin edirlər. Əgər onlara itaət etsəniz, sözsüz ki, siz də müşriklərdən olarsınız” (əl-Ənam, 121)”.
 
Əbu Davud, 2818; ən-Nəsai, 4437. əl-Albani səhih olduğunu bildirmişdir.