Üzərində "halal" yazılan sosiskanın tərkibində donuz ətinin olduğunu eşitdiyimə görə ondan çəkinməyim doğrudurmu?

    10.03.2019
Sual: 
Salam aleykum.Hemd olsun namaz qiliram.her gun 5 vaxt sukur ediremki Allah azze ve celle mene bu serefi nesib edib.yeni baslayanda ustune halal yailan sasiska yiyirdim sorna dedilerki donuz eti var indi yimirem.dogrumj etmisem yoxsa yalnis ne edim zehmet olmasa deyerdiz sagoljn
Cavab: 
Və aleykum Salam. Əgər ət məhsullarının üstünə istehsalçı tərəfindən "halal" sözü yazılıbsa, həmin məhsuldan istifadə etmək olar. Uca Allah buyurur: "Siizə nə olmuşdur ki, (kəsilərkən başı) üzərində Allahın adı çəkilən şeylərdən yemirsiz, halbuki, O, sizə haram etdiklərini - zərurət halında yeməyə məcbur olduğunuz şey istisna olmaqla - bütün təfsilatı ilə bəyan etmişdir". (əl-Ənam, 119).
"... Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah Bağışlayandır, Rəhmlidir". (ət-Təhrim, 1).
"Dilinizin uydurduğu yalana əsasən: "Bu halaldır, o haramdır!"– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar". (ən-Nəhl, 116).
"De: "Allahın sizə nazil etdiyi ruzi barədə söyləyin görüm, onun bir qismini haram, bir qismini isə halal saydınız". De: "Allahmı sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?" Allaha qarşı yalan uyduranların Qiyamət günü barədə fikirləri nədir? Həqiqətən, Allah insanlara qarşı lütfkardır, lakin onların çoxu şükür etmir". (Yunus, 60).
Lakin, həmin ət məhsullarının tərkibində donuz ətinin olmasını dəqiq bilirsinizsə, onlardan çəkinin və etibar etdiyiniz məhsuldan istifadə edin. Həmçinin oxuyun:
Paylaş: