Əgər mələk evə girə bilmirsə, duanı Allaha necə çatdırır?

    27.03.2019
Kimdən: 
xanım
Sual: 
Salam.Evdə it,şəkil olan evə mələklər görmədiyinə aid hədis var.bizim elədiyimiz duanı Allaha mələk çatdırır,evə girə bilməyən mələk duanı necə çatdıracaq?
Cavab: 

Və aleykum Salam. Səhih hədislərə əsasən insan və ya heyvan surəti, yaxud it olan evə mələklər daxil olmur. Duaların çatdırılmasına gəlincə, mələklərin buna heç bir aidiyyatı yoxdur. Çünki, Uca Allah insanın duasını bilavasitə eşidir və qəbul edir. Uca Allah buyurur: "Həqiqətən, özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur. Onlar heç vaxt buna çatmayacaqlar. Sən Allaha sığın! Həqiqətən, O, Eşidəndir, Görəndir". (Ğafir, 56). 
Bu ayədə isə belə buyurur: "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər". (əl-Bəqərə, 186). Həmçinin oxuyun:
Mələklərin it və canlıların şəkli olan yerlərə girməməsi doğrudurmu?
Allah bizi eşidirmi və Allahın hansı adı ilə dua etsəm, yaxşı olar?
Dualarım qəbul olmur, nə edim?

Teqlər: 
Paylaş: