İçində insan öldürmək səhnələri olan oyunları oynamaq olarmı?

    25.02.2019
Kimdən: 
qulluqcudan
Sual: 
Salam . insan olduruen oyunlari oynanaq olarmi
Cavab: 
Və aleykum Salam. İçində insan öldürmək səhnələri olan kompüter oyunlarını oynamaqda bir qəbahət yoxdur. Ümumən oyunlar insanı günaha aparmamalı və vaxtı israf edilməsinə gətirib çıxarmamalıdır. Vaxt Allahın qullarına bəxş etdiyi ən böyük nemətlərdən biridir və bu barədə sorğu-sual olunacağıq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Beş şey gəlməmişdən öncə bu beş şeyə fikir verin: Ölməmişdən əvvəl həyatınıza, xəstələnməmişdən əvvəl can sağlığınıza, məşğul olmamışdan əvvəl asudə vaxtınıza, qocalmamışdan əvvəl cavanlığınıza, kasıblamamışdan əvvəl zənginliyə". ("Səhih əl-Cami" əsəri, 1077).
Həmçinin, demişdir: "İki nemət var ki, insanların çoxu bu ikisində aldanmışlar: can sağlığı və asudə vaxt". (Səhih əl-Buxari, 6412).
Həmçinin oxuyun: Boş vaxtımın hədər getməməsi üçün nə edim?
Paylaş: