Huri nə deməkdir?

    23.03.2014
Sual: 
Salam aleykum. Huri ne demekdir? Allah razi olsun.
Cavab: 

Aleykum salam. Huri Cənnətdə Cənnət əhlinin kişiləri üçün yaradılan zövcələrdir. Hurilərin "hurul-iyn" (iri gözlü) adlanmasının səbəbi onların olduqca yaraşıqlı olmalarına və gözlərinin ağının iri olmalarına görədir. Deyilənə görə ərəblərdə göz ağı iri olan qadın ən gözəl qadın hesab olunur. Hurilər haqqında Quarini Kərimdə Uca Allah belə buyurur: "(Möminlərin Cənnətdəki əhvalı) belədir. Hələ onları iri gözlü hurilərlə (cənnət qadınları) evləndirəcəyik". (əd-Duxan, 54).
"Çadırlarda (cənnətdə) gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər (cənnət qadınları) vardır". (ər-Rahmən, 72).
"(Onlar üçün orada) iri  gözlü, qəşəng hurilər də vardır, (O hurilər rəng və gözəllikcə) sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış) incidirlər". (əl-Vaqiə, 22-23).

"Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq!" (əl-Vaqiə, 35).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) hurilər haqqında demişdir: "Cənnətə girəcək ilk zümrədəkilərin simaları on dörd gecəlik ay kimi (parlaq) olacaqdır. İkinci zümrədəkilərin rəngi isə səmadakı parlaq ulduzun rəngindən daha gözəl olacaq. Onlardan hər kişinin hurilərdən olan iki zövcəsi olacaq. Hər bir zövcənin üzərində yetmiş libas olacaq. Onların baldırının iliyi ətlərindən, paltarları isə ağ şüşədə olan qırmızı şərab göründüyü kimi görünəcək".
Cənnət əhlinin hər birinə ən azı iki huri veriləcək.  

 

Teqlər: 
Paylaş: