Sevdiyim oğlana yalan danışdığım üçün məni tərk etdi, nə edim?

    28.04.2019
Sual: 
Ailə həyatı qurmağ istədiyim oğlanla bir birimizi çox sevirdik amma məcburiyyət qarşısında qalıb bir yalan deməli olmuşdum güvənini qırdığımçun ayrıldı məndən hər nəqədər vəziyyəti izah edib bağışlamağını isdəsəm də məni bağışlamadı ailəm qədər dəyər verdiyim insan olduğu üçün onu unuda bilmirəm və ümid Allahadı deyib səbr edib aylardı yolun gözlüyürəm hərgün məni bağışlasın ayıblarımı onun gözündə gizlətsin sevdiymə qovuşdursun və bizi xeyirlisiylə bir birimizə qismət etsin deyə dua edirəm sizcə bu cür dua etməyim doğrudur? Ya qismət beləymiş deyib unutmağa çalışmalıyam?o ayrıldığı halda dualarımla Allah onu mənə qismət edər?Çarəsizəm islama uyğun olan şəkildə məsləhətə ehtiyacım var
Cavab: 
Salam aleykum. Əvvəlcə qeyd edək ki, şəriətə görə hətta evlənmək niyyəti ilə olsa da, qızla oğlanın böyüklərin xəbəri olmadan görüşməsi, yazışması, təklikdə qalması və s. haramdır. Böyüklərin icazəsi ilə, onlar olan yerdə bir kənara çəkilərək bir və ya bir neçə dəfə görüşüb söhbət etdikdən sonra həmin oğlan elçi göndərərək evlənmə təklifi etməli və ya münasibətə son qoymalıdır. Bu qaydalara uyğun olmayan münasibət ya həlakedici günah olan zinaya, ya da tərəflər ayrıldıqda iztiraba və qəlb xəstəliyinə çevrilir.
Əgər həmin oğlan sizinlə əlaqəni kəsibsə, siz də tövbə edin, bir daha Allahın qaydalarını pozmayın və Allaha dua edərək ondan daha xeyirlisini istəyin. Həmçinin oxuyun:
Paylaş: