Namazda səhlənkarlıq edən və əsəbiləşərək küfr sözlər işlədən şəxs dindən çıxırmı?

    28.04.2019
Kimdən: 
milana
Sual: 
Salam aleykum xais edirem bu sualima tez cavab vererdiz Allah ucun cox vacibdir tez cavab versez sevinerem sualim budurki bir muselman eger get gede namazlarini gah qilir gah qilmir yeni sehlenlarliq edirse sora zikir etmei bunlari elemirse ve eseblesib kufur soz deyibse amma tovbe edibse pesmandisa Allah onu bagiwlayarmi Allah dinden cixartmazki o insani?amma etdiyi kufirden sehlenlarliqdna pesmandir ve soz veribku bir daha ele etmeyecek cox pesmandir ve qorxur tovbe eeibse Allah wans verermu bagiwlaywrmi o insani yeme severmi oz bendesini? xais eleyirem tez cavablanfirardizda
Cavab: 
Və aleykum Salam. Hər günah, küfr və ya şirk edən islamdan çıxaraq kafir olmaz. Kafir Allaha, peyğəmbərə, Qurani Kərimə iman gətirməyən və islamı din olaraq qəbul etməyən bir kəsə deyilir. Ancaq hər bir halda siz yenə də Allahdan qorxun bacardığınız qədər Allahın əmrlərini yerinə yetirib günahlardan çəkinin, ibadətlərə səhlənkar yanaşmayın, bilmədən və ya bilərəkdən etdiyiniz günahlara görə də tövbə edib bir daha o əməllərə qayıtmayın. Sizin halınız iman zəifliyinin təzahürüdür, imanınızı artırmağa çalışın. İman da itaətlə artar, günahlarla azalar. Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir: "Həqiqətən, hər birinizin qəlbindəki iman paltar köhnəl­diyi kimi köhnəlir. Elə isə Allahdan qəlbinizdə olan imanı təzələməyi diləyin!" (əl-Hakim, 5).
Namaz qılmamaq və ya qılıb tərk etmək böyük günahdır, amma Uca Allah ürəkdən tövbə edib yenidən namaza başlayanları bağışlayacağını bizə bildirmişdir. Hər bir kəs bu dünyada ruhu bədənindən ayrılana qədər böyük və ya kiçik hər bir günahdan bağışlanma diləyərək Allaha tövbə edərsə, Allah onu bağışlayar. Uca Allah buyurur: "Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir! Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar". (əl Furqan, 68-71).
 "O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, - günahları Allahdan başqa kim bağışlaya bilər? - onlar bilə-bilə etdiklərinə görə israr etməzlər. Onların mükafatı, Rəbbindən bağışlanma və (ağacları) altından çaylar axan Cənnət bağlarıdır ki, orada əbədi qalacaqlar. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir!" (Ali İmran, 135-136).
"Ey iman gətirənlər! Allaha səmimi olaraq tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsin və sizi, Allah o Peyğəmbəri və onunla birlikdə iman gətirənləri utandırmayacağı gündə, (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil etsin...". (ət-Təhrim, 8). ​​​​​​​Daha ətraflı:
Paylaş: