Qardaşım namazları vaxtında qılmır, ona necə nəsihət edim?

    28.04.2019
Sual: 
Salam,menim anamda,qardasimda namaz qılır. Ancaq qardasim son vaxtlar namazin vaxtinda qilmir, ne qeder deyirik yadina saliriqsa yuvadir vaxtin, sizce bu nedendi?ve neynemeliyik ki vaxtinda qilsin?linke yoneltmeyin xahis edirem oz sozunuzle yazin
Cavab: 
Və aleykum Salam. Uca Allah buyurur: "Namazları və xüsusi ilə də (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238). Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Əməllərin ən xeyirlisi vaxtında qılınan namazlardır". (əl-Buxari "Məvaqit", 162). 
Namazları vaxtında qılmamaq imanın zəifləməsinin təzahürüdür. İmanının artması üçün Allahın əmrlərini, Quran ayələrini və Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) hədislərini ona xatırladın, həmçinin pis dostlardan uzaqlaşaraq, mömin dostlarla oturub durması, məscidə getməsinə nəzarət edin. Özünüz dini öyrənməyə vaxt ayırın, əxlaqınızla nümunə olun və evdə dini söhbətləri daha çox edin. Daha ətraflı:
Paylaş: