Mədinədə Peyğəmbər məscidində qabda yandırılaraq tüstü buraxan şey nədir?

    06.05.2019
Kimdən: 
exi
Sual: 
Salam.1 -Madinede Peygenber Mescidinde qabin icinde ne ise yandirirlar o da twstwleyir.deye bilersiniz o tustuleyen nedir?onu ne ucun yandirirlar?2-aĝ mermerin uzerinde teyemmum etmek olarmi?3-eger asr namazinin vaxti daxil olmusdursa ve men hele zohr namazimi qilmamisamsa ve isteyirem ki zohrle asri qilim.onda nece etmeliyem?yeni zohr artiq qezami olub?elecede megrib ve isa namazlarinda bu hal bas vererse nece etmeliyem.Cavablandirsaniz cox sevinerem.Allah razi olsun.
Cavab: 
Və aleykum Salam.
1. Peyğəmbər məscidində qabların içində yandırılan ətirli maddənin adı "oud əl-buxur"dur. Bunu yandırqda tüstüləyir və ətirli tüstüsü ilə ətrafa gözəl qoxu saçır. Ud Cənub-Şərqi Asiyada yetişən ağcaqayın ağacının xüsusi hissəsindən hazırlanır. Bu hissə ağcaqayın ağacının qaranlıqdan qorunan qatran hissədir ki, oud qatrandan çıxarılır. Soyuq qış havasında ud öz zəngin qoxusu ilə istilik bəxş edə bilir. Ud ağacının istiliyi çiçək və ədviyyat notları ilə kombinə edildikdə ortaya fərqli qoxu çıxır. Alimlər və tibb mütəxəssisləri demişlər ki, "oud əl-buxur"un ətir kimi istifadəsi miqren, baş ağrıları, ürək döyüntülərinin tənzimlənməsi, yuxusuzluğun normallaşması və digər xəstəliklər üçün olduqca faydalıdır. Həmçinin, onlar qeyd etmişlər ki, ətir kimi istifadəsindən əlavə də bir çox faydaları vardır. Ərəb və körfəz ölkələrində daha geniş yayılmışdır. Bunun məscidlərdə yandırılıb tüstülənməsi də ətrafa gözəl qoxu saçması üçündür. Həmçinin oxuyun: Buxur yandırılanda şeytanlar qaçırmı?

2. Alimlər əsli torpaqdan olub sonradan mərmər kimi emal olunub dəyişdirilən maddələr üzərində təyəmmüm etmək baradə ixtilaf ediblər. Onlar demişlər ki, ehtiyat baxımından çəkinmək daha yaxşıdır. Həmçinin oxuyun:
Paylaş: