Buxur yandırılanda şeytanlar qaçırmı?

    22.03.2018
Kimdən: 
.........
Sual: 
SALAM Aleykum. 1. Eshitdiyime gore buxur yandirilan evden, cin sheytan qachir.ve dini shie dukaninda demishdiler eger bu meqsedle yandiracaqsinizsa gunahdir. Ne derecede dogrudur bu meqsedle evde buxur yandirmaq? 2.eger bir insan namazi terk edib 1 ilden sonra yeniden qayidibsa. 1 illik qezalari qilsa, namazi terk etmemiw kimi sayilar ya yox? 3.komediya aktyorlari, gunah qazanirmi? Axi tamawaya baxanda bilirikki bu heqiqet deyil. Yeni yalanlara heqiqet kimi inanmiriq.Gulush uchun 1 sehnedir 3.Allaha asi olmaq ne demekdir? "Kim Allaha asi olmagi nezir etmishse etmesin" bu cumleni oxumushdum sizin saytdan. Twk edirem her zaman suallarimi etrafli cavablandirdiginiza gore.Allah razi olsun
Cavab: 
Va aleykum Salam.
1. Şeytanları evdən qovmaq məqsədilə buxurdan istifadə etmək barədə heç bir səhih dəlil mövcud deyildir. Bu, xurafat inanclardan irəli gəlir. Şeytanları evdən qovmaq üçün Allahı çox zikr etmək, Quran oxumaq və şəriətdə buyurulan digər üsullardan istifadə etmək lazımdır. Həmçinin oxuyun: 
2. Namazı tərk etmək böyük günahdır. Namazı tərk edən tövbə edib yenidən namaz qılmağa başlayarsa, günahı bağışlanar və tərk etdiyi namazların qəzasını qılmağa ehtiyac qalmaz. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Günahdan tövbə edən həmin günahı etməmiş kimidir". (ət-Tabərani "Mu'cəmul-Kəbir", 10128). Həmçinin oxuyun:
Keçmiş illərin qəza namazları qılınmalıdırmı?
Nə edim ki, imanım əvvəlki kimi güclü olsun?
3.
İslam alimləri ümumi dəlillərə əsaslanaraq aktyorluq etməyin günah olmasını söyləyirlər. Həmçinin oxuyun:
4. Asilik itaətsizlik dəməkdir. Allaha qarşı edilən hər bir günah asilikdir. 
Paylaş: